backend

TƏCİLİ: İlham Əliyevdən Ermənistana sonuncu xəbərdarlıq - HƏR AN MÜHARİBƏ!!!

TƏCİLİ: İlham Əliyevdən Ermənistana sonuncu xəbərdarlıq - HƏR AN MÜHARİBƏ!!!
Məlum olduğu kimi, bu ilin aprel ayında Azərbaycan Ordusu yüksək peşəkarlıq, qəhrəmanlıq göstərərək düşmən üzərində şanlı qələbə qazandı, Füzuli, Cəbrayıl və Ağdərədə işğal altında olan 2000 hektardan çox ərazini işğalçılardan azad etdi. Bu uğurlu əks-hücum əməliyyatları düşmənə yerini göstərdi, erməni işğalçılarının özləri haqqında uydurduqları "yenilməz ordu" mifini alt-üst etdi.
Noyabrın 12-də Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən döyüşdə fərqlənmiş hərbi qulluqçularla görüşündə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev də aprel döyüşlərindən danışdı. Dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır.


Prezident vurğuladı ki, işğal edilmiş torpaqlarda, o cümlədən Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Dövlət başçısı qətiyyətlə bildirdi ki, əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq:
"Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü ordumuz var".
Dünya bu həqiqəti qəbul etməlidir ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın heç bir ölkənin ərazisində gözü yoxdur. Hərbçilərimiz öz torpağımızdadır, özgə torpağına soxulmayıblar. Azərbaycan prezidenti əminliklə bildirdi ki, biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik:
"Aprel döyüşləri bunu bir daha sübut etdi. ...Dünya bir daha gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz bu gün hələ də işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq".
Son illərdə Azərbaycan Silahlı Qüvvələrinin gücləndiyi göz qabağındadır. Ordumuz müasir silah-sursatlarla təmin olunub. Yerli, beynəlxalq standartlara cavab verən silahlar istehsal olunur, eyni zamanda ixrac edilir. Maliyyə baxımından isə ordumuzun heç bir çətinliyi yoxdur. Dövlət başçısı da vurğuladı ki, ordumuza nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq.
Lakin Ermənistanın hərbi sahəsində vəziyyət acınacaqlıdır. Ölkə başqalarının yardımına möhtacdır. Həmçinin, Azərbaycanın işğal edilmiş ərazilərində, o cümlədən Dağlıq Qarabağda məskunlaşan ermənilər ən aşağı yoxulluq həddində yaşayırlar. Azərbaycan prezidenti bütünlükdə bu məqama da toxundu:
"Aprel döyüşlərindən sonra növbəti tapşırıqlar verildi, maliyyə vəsaiti ayrıldı. Ordumuza nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq. Ermənistan isə başqasının yardımına möhtacdır. Başqa mənbələrdən pul, kredit, silah və digər materiallar verilməsə, Ermənistan nə iqtisadi cəhətdən, nə də hərbi cəhətdən ayaqda dura bilməz. Bunu hamı yaxşı bilir. Dünya da bilir. ...Xarici yardım olmadan onlar nəinki işğal edə, heç tutduqları torpaqları saxlaya bilməzlər. Aprel döyüşləri onu göstərdi ki, Azərbaycan Ordusu heç nəyə baxmadan uğurlu əks-hücum əməliyyatı keçirərək torpaqlarımızı işğalçılardan azad edibdir. Yəni biz öz hesabımıza yaşayırıq. Heç kimdən asılı deyilik və imkan daxilində öz həyatımızı qururuq".
Azərbaycan Silahlı Qüvvələrinin ali baş komandanı Ermənistan rəhbərliyinə xəbərdarlıq da etdi:
"Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin. Əgər istəyirlər ki, məsələ sülh yolu ilə həll olunsun və erməni xalqı itki verməsin, torpaqlarımızdan çəkilsinlər. Biz də müharibə istəmirik, ancaq biz torpaqlarımızı istəyirik. İşğalçılardan azad edilmiş, bu gün durduğumuz bax bu yerdə - Lələtəpədə olmağımız onu göstərir ki, biz o günü yaxınlaşdırırıq". (Trend
)