backend

Təhsildə növbəti biabırçılıq: Direktor məktəbdə işləməyən oğlu və gəlinin adına pul yazdırıb - FOTOLAR

Təhsildə növbəti biabırçılıq: Direktor məktəbdə işləməyən oğlu və gəlinin adına pul yazdırıb - FOTOLAR













Masallı rayon sakini Xanbala Qafarov rayonun Qəriblər kənd tam orta məktəbinin direktoru Şərafət Əliyevi qanunsuz əməllərini üzə çıxarıb.

Təhsildə növbəti biabırçılıq: Direktor məktəbdə işləməyən oğlu və gəlinin adına pul yazdırıb - FOTOLAR

















AZXEBER.COM-a müraciət edən Masallı sakini direktoru qohumbazlıqda, qanunsuzluqda günahlandırıb: "Bu məktəbin şagirdlərinin adları bəzən uzaq qonşuluqda yerləşən Şığdaş və Qodman məktəblərinə saxta siniflər açmaq üçün transfer edilir. Bəzən isə bu kəndlərdən şagirdlər, daha doğrusu, onların adları Qəriblər kənd tam orta məktəbinin şagirdləri sırasına yazılır. Məktəbin direktoru Təhsil Şöbəsinin müdirinin həyətində yaxşı bənnalıq etdiyi üçün bu vəzifəyə təyin olunub. O məktəbin əsas işlərini, xüsusən, dərnək və dərsdənkənar məşğələlərin məktəbdə keçirilməsini təmin etməkdənsə, pul yığmaq, qanunsuz əməllərlə məşğuldur.

Təhsildə növbəti biabırçılıq: Direktor məktəbdə işləməyən oğlu və gəlinin adına pul yazdırıb - FOTOLAR

























Təhsildə növbəti biabırçılıq: Direktor məktəbdə işləməyən oğlu və gəlinin adına pul yazdırıb - FOTOLAR


























Şikayətçinin sözlərinə görə, Şərafət Əliyevin oğlu və gəlini Bakıda yaşasalar da, məktəbdə adları müəllim və laborant kimi qeyd olunub, onlara maaş yazılır. O həmçinin bunu təsdiqləyən səndələri də təqdim edərək araşdırmaların aparıldığını tələb edib: "Məktəb direktorunun oğlu Fürsənd Əliyev və gəlini Ülkər Məmmədli Bakıda yaşasalar da, bu məktəbdən maaş alanlar sırasındadırlar. Masalı Rayon Təhsil Şöbəsi müdirinin imzası ilə mənə göndərilən 3 iyul 2015-ci il tarixli, 105/1 nömrəli məktubda məktəb direktorunun oğlunun 2011-ci ilin noyabr ayından işdən azad edildiyi və gəlininin məzuniyyətdə olduğu bildirilir. Lakin Masalı Rayon Sosial Müdafiə Fondundan məcburi sosial sığorta ödəmələri haqqında çıxarışın fotosürətində məktəb direktorunun oğlu Fürsənd Əliyevin bu tarixdən uzun illər sonralar belə yüksək maaş aldığı görünür. Bu azmış kimi, həmin sənəddə məzuniyyətdə olduğu bildirilən gəlini Ülkər Məmmədlinin də laborant işləməklə (Bakıda yaşasa da. X.Q) bu vəzifəyə uyğun omayan yüksək əmək haqqı aldığı açıq-aydın öz əksini tapıb. Belə ehtimal edilir ki, məktəb direktoru laborant işləyən gəlininin adına əlavə dərs saatları da tarifləşdirib. Məktəb direktorunun qardaşı qızı Əliyeva Şahanə Lənkəran rayonunun Liman qəsəbəsində yaşayır, amma bu məktəbin müəllimidir. Bu qədər uzaq məsafədən hər gün dərsə gəlmək sinif müəlliminə mümkün olmadığı üçün onu məktəbdə tapmaq olmur".

Təhsildə növbəti biabırçılıq: Direktor məktəbdə işləməyən oğlu və gəlinin adına pul yazdırıb - FOTOLAR















Xanbala Qafarov daha bir faktı üzə çıxarıb: "Müəllimlərin diaqnostik qiymətləndirməsi keçirilən zaman Təhsil Narliyinin saytında bu məktəbdə ibtidai sinif müəllimi olan Məmmədova Yeganə adlı şəxsin də işlədiyi məlum oldu. Lakin bu adamı nəinki məktəbdə görən, heç onun kimliyini tanıyan belə məktəbdə yoxdur. Bu məktəbdə ayrı-ayrı illərdə bir sıra texniki işçilər saxta yolla işə götürülüb və maaşı direktor tərəfindən mənsimsənilib. Hazırda adı məktəbdə xadimə kimi rəsmiləşdirilən Firəngiz Məmmədovanı buna misal gətirmək olar. Bu adamın məktəbə bircə gün belə gəlmədiyini bütün məktəb kollektivi təsdiq edə bilər", - vətəndaş yazır.