backend

Daha bir deputat 2200 manatlıq maaşından şikayətləndi: "Bizim maaşımız artmalıdır"

Daha bir deputat 2200 manatlıq maaşından şikayətləndi: "Bizim maaşımız artmalıdır"















Son günlər millət vəkilləri aldıqları maaşla dolana bilmədiklərini dilə gətirib.

Deputat Aqil Abbas açıqlamasında bildirib ki, deputatın maaşı artırılmalıdır. Onun sözlərinə görə, Azərbaycanın millət vəkilləri digər ölkələrə nisbətən az məvacib alır:

"Azərbaycanın millət vəkillərinin aldığı maaş MDB məkanındakı digər respublikalarla müqayisədə xeyli aşağıdır. Hətta Dağıstanın millət vəkilləri belə bizdən çox maaş alır. Digər tərəfdən bizim maaşımız 2200 manat yox, 1750 manatdır. Nəzərə almaq lazımdır ki, millət vəkilləri tez-tez müxtəlif səfərlərə çıxırlar. Məsələn, mən ayda 3-4 dəfə Ağcabədiyə, Füzuliyə gedirəm. Bütün bunlar isə maliyyə tələb edir. Deputata gərək normal maaş verəsən ki, o da işini görə bilsin".

Qeyd edək ki, ötən gün deputat Vahid Əhmədov da maaşının azlığından şikayətlənmişdi. O bildirib ki, deputat maaşı 2 min 200 manatdır və hazırkı vəziyyətdə o maaşla dolanmaq çətindir: "Gəlirlərimlə xərcimi həmişə hesablamağı bacaran insanam. Bədxərc insan deyiləm. Çalışıram ki, müəyyən qədər problemlərimi həll edə bilim". (sonxeber.az)