backend

"Zika" virusu artıq dünya üçün təhlükəli deyil — Ümumdünya Səhiyyə Təşkilatı

"Zika" virusu artıq dünya üçün təhlükəli deyil — Ümumdünya Səhiyyə Təşkilatı













Ümumdünya Səhiyyə Təşkilatı "zika" virusu və onun yayıldığı ölkələr haqda hesabat hazırlayıb.

Hesabatda artıq bu virusun yayılmasının qarşısı alındığı deyilir. Təşkilat dünya ictimaiyyətini əmin edir ki, bu təhlükəli virus artıq dünyanı təhdid etmir.

Hesabatda virusun yayılmasına qarşı görülən tədbirlər və yeni hazırlanmış vaksinlər haqda da geniş məlumat verilir.

Xatırladırıq ki, bu virus ağcaqanadlar vasitəsi ilə insanlara keçir və genlərə mənfi təsir göstərərək yoluxmuş insanlarda törəyən körpələrin beyninin fiziki mənada inkişafdan qalmasına gətirib çıxarır.