backend

MƏXFİ GÖRÜŞ: Ermənilər Dəmirəldən nə istəyib?- ŞOK

MƏXFİ GÖRÜŞ: Ermənilər Dəmirəldən nə istəyib?- ŞOK
Türkiyə ilə Ermənistan arasında 39 il öncə gizli görüşün keçirildiyi ortaya çıxıb.

Publika.az xəbər verir ki, 1977-ci ildə Süleyman Dəmirəl hökumətinin xarici işlər naziri Sabri Çağlayangilin Ermənistandakı 3 böyük partiyanın nümayəndələri ilə görüşdüyü haqda məlumatlar yayılıb.

Britaniyalı ekspert Tomas de Vallın “Böyük Fəlakət: Soyqırımı kölgəsində türklər və ermənilər” kitabında da bu haqda yazıldığı deyilir.

Görüş 1977-ci ilin 27 noyabr tarixində İsveçrənin Surix şəhərində “Qrand” otelində “Yaşıl otaq”da baş tutub. O dövrlər Ermənistan SSRİ-nin tərkibində olsa da, görüşdə Daşnaksutyun Partiyasının lideri Savarş Toriguyan, Hınçak Partiyasının lideri Avedis Demiryan və Ramqavar Partiyasının lideri Parounaq Tovmassiyanla, Türkiyə xarici işlər naziri Sabri Çağlayangil iştirak edib.

Bu görüş haqqında Baş nazir Süleyman Dəmirəl də daxil olmaqla yalnız iki, ya da üç nəfərin məlumatı var idi. Görüşün əsas müzakirə mövzusu ASALA terrorunun qarşısını almaq idi. Lakin erməni liderlər ASALA üzərində heç bir təsir gücünə malik olmadıqlarını iddia edib.

Çağlayangilin “1915-ci il hadisələri böyük güclərin hər iki tərəfə yaşatdığı faciədir” sözləri də sərt reaksiya ilə qarşılanıb. Ermənilər ərazi iddialarında israr ediblər. Çağlayangil təzminat və əvvəlki evlərinə qayıtmaq məsələsinin müzakirə edilə biləcəyini deyib. Lakin torpağın verilməsinin müzakirə mövzusu olmadığını bildirib. Axşama qədər davam edən görüşdə heç bir nəticə əldə olunmayıb. Tərəflər daha sonra yenidən görüşmək razılığına gəliblər. Lakin 5 həftə sonra Dəmirəl hökumətinin devrilməsi ilə bu proses dayanıb.

Asif