backend

Xəzərdə daha bir faciə - 10 neftçi itkin düşdü (Siyahı)

Xəzərdə daha bir faciə - 10 neftçi itkin düşdü (Siyahı)













SOCAR mətbuat xidməti də faktı təsdiqləyib

Bu gün gecə saatlarında “Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 1-ci mədənindəki butka dənizə düşüb.

Qaynarxett.az bizimyol.info-ya istinadən xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) sədri Mirvari Qəhrəmanlı özünün "facebook" hesabında yazıb. O bildirib ki, budkada 10 nəfər işçi olub. Onlardan birinin cəsədi tapılıb, qalan 9 nəfər isə itkin düşüb.

Məsələ ilə bağlı SOCAR-dan bildirilib ki, 15.12.2016-cı il tarixində səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurmuşdur. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

İtkin düşənlər aşağıdakı şəxslərdir:

1. Zülfüqarov Güloglan - maşinist

2. Zülfüqarov Azay - operator

3. Qurbanov Vidadi - operator

4. Həsənov Elçin - mexanik

5. Hacıəliyev Həsənağa - operator

6. Qafarov İlham - operator

7. Əsədov Samir - operator

8. Bəhrəmov Cavid - operator

9. Abbasov Ramiz - maşinist

10. Rüstəmov Qorxmaz - operator

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir.

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.