backend

Sarkisyan İlham Əliyevin məktubundan danışdı

Sarkisyan İlham Əliyevin məktubundan danışdı

“Bu nəinki təhqiredicidir, həm də absurddur”.


Prezident Serj Sarkisyan Gömrük İttifaqına üzv ölkələrin Ermənistanın bu birliyə qoşulmasını istəməmələri ilə bağlı yayılan fikirlərə etiraz edib.

qaynarxett.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin İctimai Televiziyasına müsahibə verən Sarkisyan bu məsələnin onun üçün həll edildiyini və bu şayiələrin hələ də mövcud olmasına təəccübləndiyini bildirib:

“Mahiyyətcə hər şey həqiqətən də başa çatıb və hər şey aydındır. Bəli, Ermənistan Gömrük İttifaqına son 20-23 ildə digər beynəlxalq strukturlara olduğu kimi özünün qəbul edilmiş sərhədləri ilə inteqrasiya edir. Elə biri varmı ki, bu gedişin yanlış olduğunu bəyan etsin? Düşünürəm ki, belələri olmayacaq. Həqiqət ondan ibarətdir ki, Ermənistanın ikinci erməni respublikası olan Dağlıq Qarabağla (qondarma) xüsusi münasibətləri var. Həmçinin Dağlıq Qarabağın müstəqil respublika olması faktını şübhə altına almaq da düzgün deyil.

Bəli, bəzi kifayət qədər xüsusi məsələlər üzündən biz Qarabağın müstəqilliyini indiyə qədər təsdiqləyə bilməmişik”.

Daha sonra Sarkisyan Avrasiya İqtisadi Şurasında Qazaxıstan prezidenti Nazarbayevin bəyanatına da toxunub və bildirib ki, siyasətdə, xüsusən də diplomatiyada emosiyalara yer yoxdur:

“Danışıqlar və ya diplomatiyada lovğalığa yer yoxdur. Mən həqiqətən Astanada məlum bəyanatın səslənməsinə bir çoxlarının təəccüblənməsinə heyrət etdim. Heç kim üçün sirr deyil ki, Azərbaycan sərhəddə gərgin durum yaradır, atəşkəs rejimini pozur və əlbəttə də diplomatik sferada müharibəyə başlayır. Azərbaycan prezidentinin Gömrük İttifaqı ölkələrinə məktub göndərməməsi anlaşılmaz olardı. Razı deyiləm ki, bu, bizim üçün gözlənilməz oldu. Bizim 10 nəfərlik nümayəndə heyətimiz vardı və iclas ərəfəsində hər kəs bilirdi ki, Azərbaycan prezidenti üç prezidentə məktub yollayıb. Mən bunun xoş olmamasını deyəndə, İttifaqa üzv ölkələrin Azərbaycan prezidentinə istinad etməsini nəzərdə tutmuşdum”.

Daha sonra Sarkisyan bu məsələdə onu sərt edən tənqidçilərə müraciət edərək “Qarabağı məndən qorumayın, bu nəinki təhqiredicidir, həm də absurddur” sözlərini işlədib.