backend

Təhsil Şöbəsi şagirdləri döyüb pul istəyən müəllimə haqq qazandırdı: “İstəyib, istəyib də...”

Təhsil Şöbəsi şagirdləri döyüb pul istəyən müəllimə haqq qazandırdı: “İstəyib, istəyib də...”

Bərdə rayon Elxan Zeynalov adına Hacallı kənd orta məktəbində müəllim və valideyinlər arasında baş verən qalmaqala aidiyyatı orqan rəsmi münasibət bildrib

Xatırladaq ki, sözügedən məktəbin III sinfində sinif rəhbəri işləyən 57 yaşlı Xanım Məhərrəmova şagirləri döyərək onların valideynlərindən pul istəmələri barədə məlumat yaymışdıq. Həmçinin həmin hadisə zamanı bir neçə valideynin müəllimə ilə mübahisə etmələrini də oxucuların diqqətinə çatdırılmışdı.

Cebhe.info Azərbaycan təhsili adına ləkə gətirəcək məsələyə rəsmi tərəfin münasibətini öyrənməyə çalışıb. Əməkdaşımızla danışan Bərdə Rayon Təhsil Şöbəsinin baş məsləhətçisi Abbas Abbasov kənd məktəbində baş verən hadisələrin doğruluğunu təsdiqləyərək, məsələni “yoluna qoyduqlarını” bildirib:

“Bəli. Kənd məktəbində belə bir hadisə baş verib. Mən şəxsən özüm o hadisəyə görə həmin məktəbə getmişdim. O döyülmələr filan o qədər ciddi məsələ deyil. Amma valideynlərdən də pul istəməsinə səbəb həmin uşaqlarla daha yaxşı məşğul olmağıdır. İndi reallıqla danışsaq müəllimədir də, istəyib, istəyib...”

Müəllimənin pul istəməsini kasıblıqla əlaqələndirən baş məsləhətçi bu məsələdə hətta, valideynləri də qınamaqdan çəkinməyib:

“Xanım müəllimə heç kəsə məcbur etməyib ki, ona pul gətirsin! Burda nə var ki, uşağını öyrədir. Varıdır versin. Yoxudursa, sakit dayansın. Daha nə lazım idi ki bu işi şişirdib saytlara bildirələr? Hələ bundan başqa toplanaraq gəlib müəlliməni də sinifdə təhqir ediblər. Məsələdən polisin də xəbəri var. Artıq tərəflər arasında barışıq əldə olunub.”