backend

Bakıdakı bu yolda sürücüləri Allah saxlayır - VİDEO

Bakıdakı bu yolda sürücüləri Allah saxlayır - VİDEO












Bakının mərkəzində qatar avtomobillərin üzərinə sürdü

Bakının mərkəzində təhlükəli vəziyyət hökm sürür. Criminal.az xəbər verir ki, Neftçilər prospektində, 'PortBaku' ilə üzbəüz avtomobillərin intensiv hərəkətdə olduğu yoldan dəmir yolu xətti keçir. Günün müxtəlf saatlarında həmin yoldan qatarlar hərəkət edir. Lakin həmin yolda nə tənzimləyici, nə də işıqfor var. Qatar keçən zaman tənzimləyici olmadan sürücülər özlərini təhlükəyə atmaqdan çəkinməyərək sürətlə qatarın qarşısından keçərək yollarına davam edirlər. Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov açıqlamasında bildirdi ki, həmin yolda bir müddət əvvəl ağır qəza olmuşdu. Məhz bundan sonra yolda işıqfor qoyuldu.

Bölmə rəisinin sözlərinə görə, həmin əraziyə baxış keçiriləndən sonra dəqiq fikir söyləmək və nəticəyə gəlmək mümkündür.

Bu gün Avtosfer.az-ın əməkdaşları da Bakı şəhər DYP-nin bölmə rəisi Vaqif Əsədovla birlikdə həmin ərazidə olub, vəziyyəti aydınlaşdırıblar. Məlum olub ki, ərazidə yola birləşən 7 dəmiryolu keçidi olsa da, onlardan hazırda yalnız 2-si işlək haldadır. Onların da hər birindən əvvəl yol nişanı və svetofor quraşdırılıb. Vaqif Əsədov bildirib ki, işləyən 2 xətt də bağlanacaq. Hazırda Dəniz Limanında gedən təmir işi ilə bağlı tikinti materiallarını daşıyan qatarların hərəkətinə tezliklə son qoyulacaq: "Hələlik isə nişanlar var və sürücülər nişanı gördükdə dərhal sürəti azaltmalı və təhlükəsizlik tədbirləri görməlidirlər".