backend

Məhkəmə sədri FHN şefinin adından necə sui-istifadə edib?

Məhkəmə sədri FHN şefinin adından necə sui-istifadə edib?

1 İnzibati-İqtisadi Məhkəməsinin sədri Müseyib Hüseynovun bacıları aldatması ortalığı qarışdırıb

Bir müddət əvvəl 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri Müseyb Hüseynovla bağlı maraqlı məlumatlar yaymışdıq. JAM.AZ-a verilən məlumatlarda deyilirdi ki, məhkəmənin hakimi dəyəri 500 min manat olan evi Cəmilə adlı xanımdan 260 min manat alaraq, xeyli «qabağa» düşüb.

Amma onun bu sevinci uzun sürməyib, çünki başının bəlası tezliklə xaricdən Bakıya gələrək, işin «razborkası»nı aparıb. Belə ki, Cəmilə xanımın bacısı Gülarə Rəhimova ölkəyə döndükdən sonra Müseyib Hüseynovun 260 min manata aldığı, lakin 50 min manata sənədləşdirdiyi evin söhbətini edərək, hakimdən yerdə qalan pulları da verməsini tələb edib. Ya da evin geri verilməsini istəyib.

Məlumatda vurğulanır ki, məhkəmə sədri aldığı evi geri qaytarmaqdan imtina edib. Gülarə Rəhimova isə bunun qarşılığı olaraq ona baş verənləri mətbuata çıxaracağı ilə hədələyib. JAM.AZ xəbər verir ki, vəziyyətin gərginləşdiyini görən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri geri addım ataraq, evi qaytaracağına vəd verib. Ancaq bacılara bildirib ki, evi bir şərtlə onlara qaytara bilər; ona başqa bir yerdə yerləşən eyni sahəsi və qarajı olan bir ev tapsınlar.

Aldadılan xanımın bacısı sədrin bu şərti ilə razılaşıb. Lakin sədr sonradan fikrini dəyişərək, bacılardan onların evindən bir otaq daha böyük olan ev tələb edib.

Cəmilə xanımın bacısı Gülarə Rəhimova ilə Müseyib Hüseynov arasında yaranan ciddi mübahisə sonda məhkəmə sədrinin halının pisləşməsi ilə nəticələnib. Belə ki, Gülarə Rəhimova sədrin bu əməlini mətbuata çıxardaraq, onu ifşa edəcəyini bildirdikdə sədrin həyəcandan ürəyi gedib. Köməkçisinin yardımı ilə bir neçə dəqiqədən sonra özünə gələn sədr bacılara son həmlə edərək bildirib ki, gedin hara istəyirsiniz şikayət edin, bəs, o Fövqəladə Hallar naziri Kəmallədin Heydərovun qohumudur və bu səbəbdən ona heç kim bir şey edə bilməz. Böyük bacı məhkəmə sədrinin bu əməlindən məhkəməyə şikayət edəcəyini bildirdikdə isə hörmətli məhkəmə sədri ona belə deyib: “Sən məni bir məhkəməyə verməklə heç nəyə nail ola bilməzsən.Azərbaycanda heç bir məhkəmədə məni uda bilməzsən.Çünki bu kimi məhkəmə qərarlarına mən baxıram”.

Lakin dəqiqləşdirmələrimiz zamanı belə məlum olub ki, Müseyib Hüseynovun Kəmaləddin Heydərovla yaxından və ya uzaqdan nə qohumluğu var, nə də əlaqəsi. Sadəcə, məhkəmənin sədri mütəmadi olaraq bu addan istifadə edib. Məsələn, Almaniya vətəndaşı olan Monira Fazelianın iddiası əsasında keçirilən qalmaqallı məhkəmə prosesində də FHN şefinin adı hallanıb.

Bundan başqa, A.R.Ko MMC-nin rəhbəri, iş adamı Asif Əsədullazadənin şikayəti əsasında keçirilən məhkəmədə də eyni vəziyyət yaşanıb ki, bütün bunlar da M.Hüseynovun Kəmaləddin Heydərovun adından bir sıra sui-istifadələrə yol verdiyi anlamına gəlir.

Təbii ki, evi ucuz qiymətə alınmış Gülarə Rəhimova da sıradan biri deyil. Onun geniş biznes çevrəsi olmaqla yanaşı, həm də yaxşı tanışları var. Ən əsasın isə Rəhimovanın oğlu müğənni Orxan Kərimli «Eurovision-2012» mahnı müsabiqəsinin milli seçim turunun yarımfinal iştirakçısı olub. Üstəlik, geniş əlaqələrə malik olan sözügedən şəxs faktiki olaraq hüquqlarını müdafiə etməyə çalışır.