backend

Masallıdakı Xəstəxanadakı sirli otaqla bağlı rəsmi açıqlama

Masallıdakı Xəstəxanadakı sirli otaqla bağlı rəsmi açıqlama

Dünən sosial şəbəkələrdə Masallı rayon xəstəxanalarından birində yerləşən müəmmalı otağın fotosu yayılıb

Fotoda görünən budur ki, otağın qapısının ağzına şkaf qoyulub və otağa girmək üçün mütləq şkafın içindən keçməlisən. Eyni halda şkafın qapısı bağlananda isə otağın olması tamamilə bilinmir.

qaynarxett.az-nun məlumatına görə xarici filmlərdəki səhnəni xatırladan müəmmalı fotoya aydınlıq gətirmək üçün azadxeber.net saytı Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirliyə müraciət edib.

Nazirlik rəsmisi bildirib ki, sözügedən foto ilə bağlı Masallı rayon baş həkimi ilə əlaqə saxlayıb.

Həkimlərin də fotonu internetdə gördüklərini söyləyən Anar Qədirli, “Foto Masallı rayon xəstəxanasında lentə alınmayıb. Xəstəxanada təmir işləri getdiyi üçün müvəqqəti olaraq başqa bir binaya köçürülüb. Müvəqqəti yerləşdikləri həmin binada isə belə bir otaq var,” – deyə bildirib:

“Əvvəl oranın nə kimi istifadə olunduğunu bilmirəm. Lakin hazırda həmin otaqdan palata kimi istifadə edirlər. Lakin bilmirəm nəyə görə qapının qarşısına şkaf qoyulub”