İstanbuldakı terror aktında həlak olmuş azərbaycanlı olduğu deyilən qız kimdir? — VİDEO
1 081
Türkiyədəki Rusiya Baş konsulluğunun verdiyi məlumata əsasən, İstanbuldakı "Reina" gecə klubunda baş vermiş terror aktında həlak olmuş, Azərbaycan vətəndaşı olduğu düşünülən qız, əslində, Rusiya vətəndaşı imiş.
Redaksiyamız virtualaz.org-a istinadən bildirir ki, bu barədə mənbəyə istinadən TASS agentliyi xəbər verib.
"Onun şəxsiyyəti müəyyən edilib, sənədlər Rusiya vətəndaşı olduğunu sübut edir", - konsulluqdan məlumat verilib.
Xatırladaq ki, Türkiyə tərəfi hadisə vaxtı həlak olanların və yaralananların hamısının şəxsiyyətini müəyyən edib. Ölənlər arasında daha bir azərbaycanlı kişinin olduğu bildirilirdi.