backend

“Zara” mağazalar şəbəkəsinin yeni endirim fırıldağı

“Zara” mağazalar şəbəkəsinin yeni endirim fırıldağı

“Şikayətim “Zara” mağazasındandır. 2 həftə öncə bitməyinə baxmayaraq saytda həmin modelin endirimdə olduğunu göstərirlər. Guya 69 mandan 49 manata düşüb”

Politika.Az-ın xəbərinə görə, bu sözləri Nurlana Əfəndi sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, “Gənclik Mall”da vitrində həmin modeli görüb:

“Mağazaya daxil olub satıcıdan həmin modelin hansı hissədə olduğunu soruşanda, ondan olmadığını dedi. Olmayan şeyi niyə vitrinə qoyursunuz dediyimdə dəxli olmayan cavab verdilər.

2 administratora yaxınlaşdım, vitrindəki paltara baxmaq istədiyimi xahiş etdim. Sadəcə ölçünü təyin edib, “Zara” Türkiyədən sifariş etmək üçün. Ona da razı olmadılar, icazə yoxmuş. Müştərini razı salmaq üçün 2 dəqiqəlik manikendən paltarı çıxartmaq belə çətindirmi?”

Müştəri qeyd edib: “Bəlkə də keyfiyyətləri aşağı olduğuna və digər mallarına güvənmədiklərinə görə vitrin merçendayzeri və ya brend meneceri mağazaya müştəri cəlb etməyin bu cür unikal yolunu tapıb? Bir model bitibsə, niyə vitrində yer almalıdır?”

Politika.Az yazır ki, bu mağazada istehlakçıların hüquqlarının pozulması, aldadılması, endirim fırıldaqları kütləviləşib. Bir müddət əvvəl Kəmalə Quliyeva adlı alıcı başına gələn yazmışdı:

"28 Mall" ticarət mərkəzindəki ZARA geyim mağazasından 35 manatlıq qadın şalvarı alıb evə gəldim. Qəbzə baxanda qiymətin 35 manat deyil 49 manat yazıldığını gördüm. Mağazada buna diqqət etməmişdim.

Mağaza ilə əlaqə saxladım ki, geyimi geri qaytarım. Dedilər ki, o kodnan olan mal bizdə 49 manatdır və bizdə alınan mallar geri qaytarılmır.

Halbuki, geyimin üzərindəki qiymət 35 manatdır və xarici ölkələrdəki ZARA şəbəkə dükanlarında alınan malları 14 gün ərzində geri qaytarmağa icazə verirlər. Bu barədə məlumat verirəm ki, insanlar diqqətli olsunlar”.