backend

Rabitəbank 20 yaşını qeyd edir

Rabitəbank 20 yaşını qeyd edir

Bankın ümumi aktivləri 280 milyon manatı ötüb.

Rabitəbank 30 iyun tarixində 21 illiyini qeyd edir.

qaynarxett.az xəbər verir ki, 1993-cü ildə əsası qoyulmuş Rabitəbank hazırda ölkənin aparıcı banklardan biridir. Bankın müştəriləri istehsalat, tikinti, kənd təssərüfatı, nəqliyyat, ticarət, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələr və fərdi sahibkarlar, həmçinin ölkə əhalisidir.

Fəaliyyətinin 21-ci ilində Rabitəbank inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Xırdalan şəhəri və Masallı rayonunda yeni filiallar acaraq Rabitəbank, 22 filial və 2 şöbə vasitəsi ilə Bakı şəhəri və Azərbaycanın 16 regionunu əhatə etmişdir.

Hazırda Rabitəbank-ın 600 nəfərə yaxın təcrübəli və ixtisaslı peşəkar heyəti 50 000-ə yaxın şirkət və fiziki şəxslərdən ibarət müştəriyə xidmət göstərir.

31 may 2014-cü il tarixinə bankın ümumi aktivləri ilin əvvəli ilə müqayisədə 12% artaraq 282 milyon AZN, müştərilərə verilən kreditlər 16% artaraq 188 milyon AZN, depozitlər 17% artaraq 203 milyon AZN və kapital 2% artaraq 54 milyon AZN təşkil etmişdir.

Beynəlxalq maliyyə strukturları ilə uğurlu əməkdaşlığı Rabitəbankın şəffaflığının və beynəlxalq standartlara uyğunluğunun bariz göstəricisidir. İnkişaf maliyyə fondları ilə yanaşı, Rabitəbank əlavə maliyyə vəsaitləri cəlb etmək məqsədilə ABŞ və Avropanın investisiya fondları və iri bankları ilə əməkdaşlıq edir. Beynəlxalq maliyyə institutları ilə uğurlu əməkdaşlığın nəticəsi olaraq Standard & Poor’s reytinq şirkəti tərəfindən 2010-cu ildə aparılmış araşdırmanın nəticələrinə əsasən Rabitəbank Azərbaycanın 5 ən şəffaf bankları siyahısına daxil edilmişdir. Yerli Ekonomist jurnalının şəffavlıq reytinqində isə bank ölkənin ən şəffaf bankı adına layiq görülmüşdür.

Rabitəbankın səhmdarlarının, rəhbərliyi və bütün əməkdaşlarının qarşısında duran əsas hədəf orta və kicik biznes və əhalini operativ və keyfiyyətli bank xidmətləri ilə təmin etmək, müştərilərinin maliyyə xidmətlərində tələbatını ödəməklə Azərbaycan iqtisadiyyatına daha böyük töhfələr verməkdir.