backend

İlham Əliyev Putinə məktub göndərdi

İlham Əliyev Putinə məktub göndərdi















Dövlət başçısı Rusiya prezidentinə başsağlığı verib

Azərbaycan Prezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.

ANS PRESS-in məlumatına görə, məktubda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç,

Moskva metrosunda qəza nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm".