backend

“Lotu Quli”nin düşmənləri birləşdi: daha bir azərbaycanlı avtoritet savaşa qoşuldu

“Lotu Quli”nin düşmənləri birləşdi: daha bir azərbaycanlı avtoritet savaşa qoşuldu















"Lotu Quli”yə qarşı birləşmiş azərbaycanlı qanuni oğrular "Albert”, "Hacı Beyləqanski” və "Rufo”ya daha bir avtoritet qoşulub.

Söhbət 2014-cü ildə elə "Lotu Quli”nin özü tərəfindən "tac”landırılmış Ceyhun Gəncinskidən gedir.

O da məlumdur ki, artıq "Quli” Ceyhunun cəzalandırılması ilə bağlı tapşırıq verib.

Məlumata görə, bir sıra qanuni oğrularla konfliktdə olan Ceyhunun titulu əlindən alınıb. Belə olan təqdirdə Ceyhun "Lotu Quli”nin qardaşı Namiqə müraciət edərək qanuni oğru adına görə, ödədiyi pulu tələb edib. Amma onun tələbi rədd edilib. Məhz bundan sonra Ceyhun "anti-Quli” koalisiyasına qoşulub.

QEYD: fotoda soldan 4-cü Ceyhun Gəncinskidir.

///Lent.az