backend

Azərbaycan xalqına tarixi qərar - Son Dəqiqə

Azərbaycan xalqına tarixi qərar - Son Dəqiqə














Ən çox şikayət daxil olan rayonların icra hakimiyyətinin başçıları ilk növbədə yola salınacaq

Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2016-cı ildə daxil olan vətəndaş müraciətləri və şikayətlərin məzmunu haqda geniş məlumat verib

Politika.Az xəbər verir ki, ötən il Bakı, Lənkəran, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Neftçala, Saatlı, Salyan, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan daxil olan müraciətlərin sayı çoxdur.

Bu siyahı mətbuatın monitorinqi ilə uzlaşır və hansı rayonlardan daha çox şikayətlərin gəldiyini əks etdirir. Mətbuatda Lənkəran, Ağcabədi, Beyləqan, Göyçay və Şamaxıdan kütləvi müraciətlərə rast gəlmək olar.

PA rəsmisinin açıqladığı siyahı da göstərir ki, hansı bölgələrdə vəziyyət nədən ibarətdir. Bu statistik göstərici ölkə rəhbərliyi tərəfindən araşdırmaların aparıldığını, il ərzində monitorinqlərin həyata keçirildiyini təsdiqləyir.

Eyni zamanda hakimiyyətin icra hakimiyyətlərinə inzibati nəzarətinin olduğunu nümayiş etdirir. Hökumət regionlarla bağlı siyasətində həssasdır. Ona görə də şikayətlərin monitorinqi bu bölgələri ön plana çıxarıb.

Prezident Administrasiyasına daxil olan şikayətlərin təhlili və onların icrası vəziyyətinin öyrənilməsi göstərir ki, vətəndaşlar Prezident Administrasiyasına o zaman müraciət edirlər ki, qaldırdıqları problemlər barədə müraciətlərinə qaneedici cavab ala bilmir, laqeydlik, süründürməçilik halları ilə qarşılaşırlar.

Lakin bəzən vətəndaş heç bir instansiyaya müraciət etmədən də birbaşa Prezident Administrasiyasına yazmağı üstün tutur. 2015-ci və 2016-cı illərdə Prezident Administrasiyasına daxil olan müraciətlərin müvafiq surətdə 31,2 və 30,9 faizi şikayətlərdən ibarət olmuşdur.

Göründüyü kimi, 2016-cı ildə şikayətlər 2015-ci illə müqayisədə azalıb. Şikayətlərin hamısına baxılmış, zəruri hallarda onlar nəzarətə götürülərək araşdırılmış və lazımi tədbirlər görülüb.

2016-cı ildə Bakı, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Cəbrayıl, Göygöl, Kəlbəcər, Kürdəmir, Laçın, Neftçala, Saatlı, Siyəzən, Yardımlı, Zəngilan, digər şəhər və rayonlardan müxtəlif mövzuda daxil olmuş şikayətlərin sayı artıb.

Mənbənin məlumatına görə, ən çox şikayət daxil olan rayonların icra hakimiyyətinin başçıları ilk növbədə yola salınacaq.

Prezident Administrasiyasına, eləcə də başqa mərkəzi icra hakimiyyəti orqanlarına daxil olan şikayətlərini monitorinqinə əsasən etimadını itirmiş icra başçılarının siyahısı müəyyənləşib. Bu siyahıya daxil olan icra başçıları yaxın vaxtlarda yeniləri ilə əvəzlənəcək.

Azərbaycanda ictima narazılığın ən çox olduğu vəzifə sahiblərindən biri icra başçılarıdır. Onlar habelə KİV-də haqlarında ən çox tənqidi materialların dərc edildiyi məmurlar sırasına daxildirlər.

Qaynarxett.az