backend

Təhsil Nazirliyindən “8 Mart”la bağlı Xəbərdarlıq

Təhsil Nazirliyindən “8 Mart”la bağlı Xəbərdarlıq












Hər il olduğu kimi bu il də Təhsil Nazirliyi "8 Mart Beynəlxalq Qadınlar Günü” ərəfəsində məktəblərdə şagirdlərdən pul yığmaq məsələsi ilə bağlı xəbərdarlıq edib.

"Qafqazinfo”nun sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, ümumi təhsil müəssisələrində şagirdlərdən hər hansı bir vəsaitin tələb olunması qəti qadağandır.

Əgər belə fakt olsa, vətəndaşlardan Təhsil Nazirliyinin 146 saylı "Qaynar xətt” xidmətinə anonim olmadan müraciət edilməsi tövsiyə olunur.