backend

DİQQƏT! Pensiya ilə bağlı VACİB XƏBƏR - Bax bunu gözləmirdik

DİQQƏT! Pensiya ilə bağlı VACİB XƏBƏR - Bax bunu gözləmirdik
















Əmək pensiyaları haqqında qanuna dəyişikliklərin mətni açıqlanıb.

Bu barədə ekspert Rövşən Ağayev məlumat verib. Onun sözlərinə görə, layihədən məlum olur ki, Azərbaycanda artıq pensiyanın yığım sistemi əsasında təşkili planı təxirə salınır.

İşləyənlərin ödədiyi sığorta haqlarının 2.5%-i pensiya orqanının saxlanmasına gedəcək.

Vətəndaşların ödədiyi sosial sığorta haqlarının 85%-i (hazırda bu 50%-dir) fərdi sığorta hesabında qeydə alınacaq.

Yeni dəyişikliklə pensiyanın baza hissəsi də ləğv edilir. İndən sonra "minimum pensiya" göstəricisindən istifadə ediləcək. Hazırda onun məbləği 110 manatdır. İndən sonra həmin məbləğ illik inflyasiyaya uyğun indeksasiya ediləcək.

12 illik staj tələbi də ləğv olunur. Pensiyaya çıxmaq istəyən şəxs pensiya yaşına çatan anda sığorta hesabındakı vəsait hər ay qüvvədə olan minimum pensiyaya uyğun pensiya almağa təminat verərsə, hüququ qazanacaq. Amma bu tələb ödənmədikdə, pensiya yaşına çatmış şəxsin əmək stajı 25 ildən aşağı olmamalıdır.

Azərbaycanda əmək pensiyası üçün staj ilə əlaqədar və digər dəyişikliklər bir necə gün öncə Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə olunub.

İstipress-in məlumatına görə, Komitənin sədr müavini, deputat Musa Quliyev bildirib ki, “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi qəbul olunacağı təqdirdə, sənəd iyulun 1-dən qüvvəyə minəcək.

Dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək. Layihə 2017-ci il yaz sessiyasında - 7 martda Milli Məclisdə müzakirəyə çıxarılmalı idi.