backend

Hacıqabuldakı dəhşətli yol terroru ilə bağlı açıqlama

Hacıqabuldakı dəhşətli yol terroru ilə bağlı açıqlama


Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.



Hadisə Bakı-Qazax yolunun 92-ci kilometrliyində, Hacıqabul rayonunun Nəvai kəndi ərazisində qeydə alınıb.

“Mercedes” markalı avtomobilin idarəetməni itirərək aşması nəticəsində avtomobildə olan 4 nəfər ölüb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Ölən şəxslərin kimliyi dəqiqləşdirilir.

APA


21:11


Bakı-Qazax yolunda yük maşını ilə minik avtomobili toqquşub, 4 nəfər ölüb.

qaynarxett.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Hacıqabul rayonu, Bakı-Qazax yolunun 40-cı kilometrliyində "Kamaz" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobilində şəxsiyyətləri məlum olmayan ikisi qadın, ikisi kişi olmaqla 4 nəfərin cəsədi sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Sonda ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Əməliyyat saat 18:25-də başa çatıb.