backend

Yardımlı meşələrini meşə idarəsinin gözü önündə doğrayırlar - Bu işdə hansı məmurların əli var?

Yardımlı meşələrini meşə idarəsinin gözü önündə doğrayırlar - Bu işdə hansı məmurların əli var?












Yardımlı meşələrində kəsilən ağacların yerinə fındıq sahələri salınır.

Bu barədə AZXEBER.COM-un elektron ünvanına məktub göndərən Yardımlı rayon sakini bildirib. Onun sözlərinə görə, bu işə birbaşa icra başçısı Ayaz Əsgərov rəhbərlik edir.

"Yardımlı rayonunda yaşıllaşdırma idarəsi ilə icra nümayəndəliklərinin işçilərinə fındıq toxumları paylanılıb. Rayonun Vəlixanlı, Mikirəyin, Koryedi və Qabaqdibi kənd icra nümayəndliklərinə fındıq toxumlarını meşələrdə kəsilən ağacların yerinə əkilməsi tapşırılıb”.

Şikayətçinin sözlərinə görə, bu işdə təkcə icra başçısının deyil, bir neçə şəxs də iştirak edib. "Yaşıl soyqırım” Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin gözü önündə reallaşdırılır.

İddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.