backend

Azərbaycanda sürücü piyadanı vurdu - Ölən qadın öz anasıymış

Azərbaycanda sürücü piyadanı vurdu - Ölən qadın öz anasıymış












Martın 14-də saat 21 radələrində Ağdam rayonunun Əfətli kəndində kənd sakini Niyaz Əliyev idarə etdiyi "VAZ-21011" markalı avtomobillə yolu keçən piyadanı vurub.

DİN xəbər verir ki, həmin piyada sürücünün elə öz anası Filyar Əliyeva olub. Qadın xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Ağdam RPŞ tərəfindən araşdırma aparılır.