backend

Azərbaycanda fahişəliklə məşğul olanlar vergi ödəyəcək - TƏKLİF

Azərbaycanda fahişəliklə məşğul olanlar vergi ödəyəcək - TƏKLİF









Əksər ölkələrdə küçə qadınları, loru dillə desək fahişələr dövlət tərəfindən qeydiyyata alınıb. Daşıyıcı xəstəliklərin yayılmasının qarşısını almaq üçün onlar mütəmadi müayinə edilir. Almaniya, Hollandiya kimi ölkələr isə onların fəaliyyətini leqallaşdırıb. Fahişəliklə məşğul olan şəxslər dövlətə vergi ödəyirlər.

Azərbaycanda isə vəziyyət frəqlidir. "Qədim peşə" ilə məşğul olan qadınlar dövlət qeydiyyatında deyil. Onlar heç bir tibbi müayinədən keçmirlər.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Metbuat.az-a açıqlamasında bildirdi ki, məsələ ciddi müzakirə edilməlidir.

“Xəstəlikləri sadəcə qadınlar deyil, kişilər də yayır. Məlumatlı olmayan şəxs bu xəstəliyə yoluxa bilər, yoluxdura bilər. Ona görə də, sırf bunu qadınlara aid etmək düzgün deyil. Hər dəfə reydlər təşkil olunanda, həmin qadınlar bu fəliyyətlə məşğul olduqları üçün rüsum ödəyirlər. Təbii ki, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq. Bunu peşə kimi təqdim etmək lazımdır. Amma psixoloji cəhətdən çətin məsələdir. Bu, məcburi olmalıdır. Belə olarsa, onların sayı da azalacaq. Olmasa da, gizli şəkildə davam etdiriləcək. Məsələn, Türkiyədə həmin qadınlar vergi ödəyirlər. Onların həmkarlar ittifaqı da var. Düzdür, onların fəaliyyəti leqallaşdırılmayıb, amma bu formada istifadə edirlər. Almaniya, Hollandiya və digər ölkələr bunu leqallaşdırılıb. Bu, həmin ölkələrdə rəsmi fəliyyət sahəsi hesab olunur”.