backend

Pəhləvan Qarayevin Sabirabad təhsilində “pəhləvanlığı”ndan müdhiş - Faktlar

Pəhləvan Qarayevin Sabirabad təhsilində “pəhləvanlığı”ndan müdhiş - Faktlar









Sabirabad Rayon Təhsil Şöbəsinin müdiri Pəhləvan Qarayev bu sahəni “pəhləvan” kimi idarə edir.

Tərəfdar.Az-a daxil olan məlumata görə, Sabirabadın təhsil sektorunu darmadağın edən və dövlətdən ayrılan pullardan milyonçuya çevrilən P.Qarayevin bir yoxlamalıq canı var.

Maliyyə Nazirliyinin bir müddət əvvəl apardığı yoxlama zamanı Sabirabad RTŞ-də ciddi nöqsanlar aşkarlanıb.

Amma P.Qarayevin belini yerə vurmaq mümkün olmayıb və o, əməllərini davam etdirir. Məsələn, orta məktəblərdən 5 min, əsas məktəblərdən 3 min manat yığdırıb.

Bu yığıma Təhsil Nazirliyinin 12 saylı regional maliyyə idarəsinin rəisi Elxan Əsədov dəstək verib. P.Qarayevin yoxlamanı yola verdikdən sonra fəaliyyətini genişləndirdiyi və itkiləri bərpa etdiyi xəbər verilir.

Amma mətbuatda xəbərlərin tirajlanması şöbə müdirini təşvişə salıb və o, media emissarlarının hesabına barəsində tərif yazdırmağa başlayıb. P.Qarayev haqda bəzi KİV-də mədhiyyələrə rast gəlmək olar. Bununla qanunsuz işlərini ört-basdır etməyə çalışıb.

İddia olunur ki, P.Qarayev E.Əsədovun diktəsi ilə Novruz bayramı ərəfəsində məktəblərdən pul yığdırıb. Bu soyğunçuluq kampaniyası həm şagirdlərə, həm müəllimlərə çatıb.

Sabirabadda ciddi narazılıq doğuran bu məsələ barəsində Təhsil Nazirliyinə və Prezident Administrasiyasına məxfi məktub göndərildiyi iddia edilir. Bu ittihamlarla bağlı adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.