backend

Nabranın “Məkan”istirahət məkanında inəklərin çimərlik keyfi-VİDEO

Nabranın “Məkan”istirahət məkanında inəklərin çimərlik keyfi-VİDEO

Kim deyir ki, inəklərə ancaq Hindistanda böyük hörmət var?

Bura Nabran “Məkan” istirahət mərkəzidir. Demə bu istirahət mərkəzi təkcə insanların yox ,həm də heyvanların rahat şəkildə istirahət etməsi üçün lazım olan hər şəraiti yaradıb. Kameramızın obyektinə tuş gələn bu inəklərin sayı insanların sayından daha çoxdur. Görüntülərdən də gördüyünüz kimi burada insanlarla yanaşı inəklər də çimərlik keyfinin dadını çıxarırlar. Çimərlikdə sındıra-sındıra gəzən eləcə də günün altında günəşlənən inəklər sanki bəzi istirahətə gedə bilməyən insanlara yanmışlıq verirlər. Təsəvvür edin, bir turist gəlir və ona "Məkan" istirahət mərkəzini məsləhət görürlər.
Nabranın “Məkan”istirahət məkanında inəklərin çimərlik keyfi-VİDEO


Bu mənzərənin şahidi olan turistin ağlına gələn ilk düşüncə isə o olur ki,bu ölkədə insanlarla heyvanların istirahəti bərabərhüquqlu şəkildə təşkil olunur. İnəklərin romantik çimərlik gəzintisi bütün görənlərin marağına səbəb olur.Kim deyir ki,inəklərə ancaq Hindistanda böyük hörmət var? Bura heç də Hindistan deyil, heç inəklər də oranın deyil.Öz milli inəklərimizdir.Təkcə Hindistanda yox, elə bu istirahət məkanında da inəklərə toxunulmazlıq statusu verilib.
Hər halda sözümüzün canı odur ki, kim bu istirahət məkanına getməyi düşünürsə oradakı inəkləri görüb heç də təəccüblənməsin. Nə olsun ki,heyvandılar.Onların da dincəlməyə haqqı var ya yox?Bir halda ki,inəklər dincəlmək üçün bu ünvanı seçiblər çalışın onların bu qərarına hörmətlə yanaşın!