backend

İsmayıllı meşələri alovlandı

İsmayıllı meşələri alovlandı

Evlər üçün təhlükə var.

İsmayıllıda meşə yanır.

qaynarxett.az-nun Fövqəladə Hallar Nazirliyin saytına istinadən məlumatına görə, Qaraqaya kəndində dağlıq ərazidə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanır.

Yanğının söndürülməsinə FHN-nin Aviasiya Dəstəsindən 1 ədəd təyyarə, 2 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə texnikası və şəxsi heyəti cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.