backend

İNANILMAZ DƏHŞƏT: Oğul anasını zorlayaraq yandırdı

İNANILMAZ DƏHŞƏT: Oğul anasını zorlayaraq yandırdı

“Polislər məni döyərək kağız imzalatdılar”.

Türkiyədə dəhşətli hadisə baş verib.

qaynarxett.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Şişli rayonunda Ukrayna əsilli Türkiyə vətəndaşı doğma anasını zorladıqdan sonra öldürüb.

Belə ki, Dimitri V. işdən evə gəlib. O, anası Olqa Vorniçovanı 2 dəfə zorlayıb. Daha sonra qadını öldürən Dimitri V, izi itirmək üçün cəsədin üzərinə yorğan-döşək yığaraq yandırıb. Qadını öldürdüyü bıçağı isə pəncərədən tullayıb.

Dimitri V. anasının qızıl əşyalarını, telefonunu və pullarını götürdükdən sonra evdən qaçıb. Lakin polis onu küçədə yaxalayıb.

İstanbul Ğaır Cinayətlər Məhkəməsində ifadə verən Dimitri V. günahkar olmadığını bildirib: “Həmin günü başım bərk ağrıyırdı. Ağrıkəsici içdim. Özümə gələndə qarşımda polislər dayanmışdılar. Polislər məni döyərək kağız imzalatdılar. Mən bu cinayəti işlətməmişəm”, - deyə Dimitri V. bildirib.

Məhkəmədə dövlət ittihamçısı Dimitri V. barədə 18 il həbs cəzası istəyib.

Faktla bağlı araşdırma aparılır.