backend

Kiyev Moskvanı hərbi işğalda günahlandırır

Kiyev Moskvanı hərbi işğalda günahlandırır

“Rusiya hərbi qüvvələrinin Ukryana ərazisini işğal edib”

Ukrayna Rusiyanı ölkə ərazisinə soxulmaqda ittiham edib. Rusiyayönümlü qüvvələrin Novoazovsk limanını nəzarət altına götürdükləri barədə məlumat daxil olub.

qaynarxett.az BBC-yə istinadən xəbər verir ki, Novoazovskun meri şəhərə ordunun daxil olduğunu təsdiq edib. Donesk və Luqansk respublikalarının nümayəndələri isə sosial şəbəkələrdə tankların aydın göründüyü şəkillər paylaşıblar.

“Qeyd etmək lazımdır ki, Rusiya hərbi qüvvələrinin Ukrayna ərazisinə tammiqyaslı şəkildə daxil olub. Bu işğal bir neçə istiqamətdə aparılır. Və bu gün Rusiyanın Baş qərargahı öz davranışı ilə ATƏ (Anti terror əməliyyatı) döyüşçülərini məğlub etməyə çalışır, bu ona Donbasda nəzarəti ələ almaq üçün lazımdır”, - Ukraynanın Daxili İşlər Naziri Zoryan Şkiryak bəyan edib.

Avqustun 26-da Minskdə Poroşenko və Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar baş tutub. Rusiya prezidenti, onun ölkəsinin separatçılara dəstək göstərdiyi barədə məlumatı təkzib edib.

Putin Rusiyanın Ukrayna hakimiyyəti ilə, Kiyev hakimiyyəti və ölkənin şərqində yerləşən separatçı qüvvələr arasında danışıqların nizama salınmasına yardım edəcəyini vəd edib.

Rusiyayönümlü separatçılar isə iddia edirlər ki, Donesk vilayəti və Rusiya arasında olan ərazini tamamən öz nəzarətləri altına ala biliblər.

“Son günlər ərzində Doneskin cənubunda, o cümlədən də Rusiaynın sərhəddi boyu ərazini nəzarət altına almağa müvəffəq olublar”, - RİA Novosti “DXR” bəyanatından sitat gətirib.

Separatçıların qərargahının nümayəndəsinin sözlərinə görə onlar indi “DXR” sərhəddində bütün nəzarət-keçid məntəqələrinə nəzarət edirlər. Onlar hal-hazırda “Marinovka”, “Uspenka” və “Novoazovsk” məntəqələrinə nəzarət edirlər.

Bundan başqa Frans-press agentliyinin verdiyi məlumata görə Doneskin mərkəz rayonları da atəşə məruz qalıb. Agentliyin jurnalistləri xəbər veriblər ki, artileriya atəşinin qurbanları dinc əhalidir.