backend

QOBUSTANDA ARA QARIŞDI:Səbəb Qobustanın icra başçısı VƏ Maliyyə İdarəsinin rəisidir

QOBUSTANDA ARA QARIŞDI:Səbəb Qobustanın icra başçısı VƏ Maliyyə İdarəsinin rəisidir

Qobustanda büdcə təşkilatında çalışanlar icra başçısı Adil Məmmədovdan və rayon Maliyyə İdarəsinin rəisi Nuru İsmayılovdan Bakıya şikayət yollayıblar

Qobustanın icra başçısı Adil Məmmədovun tapşırığı əsasında Maliyyə İdarəsinin rəisi Nuru İsmayılov büdcə təşkilatlarında çalışanların maaşlarının 13 faizini tələb edir. Tələb rayonun büdcə təşkilatlarıın rəhbərlərini çətin vəziyyətdə buraxıb. Çünki maaşlar kartlar vasitəsi ilə verildiyndən idarə büdcə idarələrinin müdirlərin tələb olunan vəsaiti toplamaları müşkülə çevrilib. Digər tərəfdən büdcə təşkilatında çalışanlardan maaşlarının 13 faizinin tələb edilməsi gərginliyə və idarə müdirləri işçilər arasında mübahisələrin yaranmasına səbəb olur. Buna baxmayaraq Maliyyə İdarəsinin müdiri maaşları büdcə təşkilatlarının hesabına köçürməmişdən əvvəl idarə müdirlərindən nəqd şəkildə maaşların ümumi məbləğinin 13 faizini tələb edir. Bu isə idarə və təşkilat rəhbərlərini çıxılmaz vəziyyətə salır. Çünki Nuru İsmayılov tələb etdiyi məblği almadıqda maaşların verilməsini yubadır.

Həmçinin PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, büdcə təşkilatlarına ayrılan cari təmir vəsaitlərinin də, 12 faizi Nuru İsmayılov tərəfindən nəqd şəkildə idarə və təşkilat rəhbərlərindən tələb olunur. Əks təqdirdə, get-gəl, süründürməçilik kimi birokratik əngəl ilə üz-üzə qalırlar.

Bildirilir ki, Maliyyə İdarəsinin müdiri heç kimdən çəkinmədən bildirir ki, bütün bunları icra başçısı Adil Məmmədovun birbaşa tapşırığı əsasında həyata keçirir və tabe olmayanlar icra başçısına cavab verməli olacaqlar. Maliyyə İdarəsinin rəisinin bu qanunsuz tələbləribdən cana doyan büdcə təşkilatlarının çalışanlarının özbaşınalıqla bağlı Bakıya şikayət yolladıqları bildirilir.

Məlumatda o da qeyd olunur ki, maşlardan tutulmadan başqa Adil Məmmədov hər ay idarə və təşkilatlardan "paket" alır və bu "paketləri" yığan şəxsin icra baçısının köməkçisi Elnur Əliyevin olduğu bildirilir.

Qeyd edək ki, Elnur Əliyev İcra başçısı Adil Məmmədovun sürücüsü Cavadxan Əliyevin oğludur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…


Qaynarxett.az