backend

Uçan binada xəsarət alanların və ölənlərin adları açıqlandı - (YENİLƏNİB) - FOTO

Uçan binada xəsarət alanların və ölənlərin adları açıqlandı - (YENİLƏNİB) - FOTO










17:57

Bakıda binada uçqun nəticəsində ölənlərin adları məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, hadisə nəticəsində ölənlər 1983-cü Yolçuyev Ramal Layiq oğlu və 1973-cü il təvəllüdlü İbrahimov Rövşən İsmayıl oğludur.

17:17

Uçqun zamanı xəsarət alaraq xəstəxanalara yerləşdirilən şəxslərin adları açıqlanıb.

"Report"un xəbərinə görə, 1981-ci il təvəllüdlü Tofiq Hüseynov sol bud sümüyünün yuxarı hissəsinin qəlpəli sınığı ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

1983-cü il təvəllüdlü Ayaz Orucov sağ baldırın sınığı ilə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. O, artıq ambulator müalicə üçün evə buraxılıb. 1962-ci il təvəllüdlü Əmir Mehdiyev sol bud sümüyünün sınığı ilə KTM-in reanimasiya şöbəsinə yerləşdirilib.

Nazirlikdən o da qeyd olunub ki, hadisə yerində 6 nəfər olub: “Onlardan 1 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə hadisə yerində dünyasını dəyişib”.

17:04

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə nəticəsində ölən şəxslərin hər ikisi kişidir. Onlar istirahət mərkəzində fəhlə işləyirmirş. Hazırda FHN əməkdaşları hadisə yerindədir. Əlavə itkinin olub-olmaması araşdırılır.

16:54

Bakıda binada baş verən uçqun hadisəsi nəticəsində ölən və yaralananların sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, ilkin məlumata görə, hadisə yerində 6 nəfər olub. Onlardan 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər Klinik Tibbi Mərkəzinə aparılıb.

2 nəfər isə hadisə yerində dünyasını dəyişib.

16:41

Bakı şəhərində bina uçub. Paytaxtın Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şıx qəsəbəsində, “Green City” istirahət mərkəzində baş verib.

Tikilməkdə olan binada baş verən uçqun nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə yerinə cəlb edilən xilasedicilər dağıntılar altından 1 nəfərin meyitini çıxarıblar. Hazırda xilasetmə işləri davam etdirilir.


Uçan binada xəsarət alanların və ölənlərin adları açıqlandı - (YENİLƏNİB) - FOTO
Uçan binada xəsarət alanların və ölənlərin adları açıqlandı - (YENİLƏNİB) - FOTO