backend

Göyçay sakini qardaşından rüşvət alındığını iddia edir - Müraciət

Göyçay sakini qardaşından rüşvət alındığını iddia edir - Müraciət
















Göyçayın Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu şikayətçidir

Ulus.Az-ın məlumatına görə, S.Quliyev Dövlət Yol Polisindən narazıdır.

“Mənim qardaşım Akif Quliyevi qanunsuz olaraq saxlayıb ondan 50 manat pul aldıqdan sonra sərbəst buraxmışdır.

Belə ki, 05 yanvar 2017-ci il tarixdə 514 nömrəli Yol Polis Patrul Xidməti avtomobilində həmin günü xidmət aparan polis əməkdaşları mənim qardaşım Quliyev Akif Fəxrəddin oğlunu saxlayıblar.

Onun idarə etdiyi “Mersedes” markalı 10 TS 299 nömrəli avtomobili qanunsuz olaraq saxlayıb heç bir protokol tərtib etmədən 50 manat rüşvət alıb sərbəst buraxıblar.

Mən bu barədə DİN-nin 102 xidmətinə şikayət etdim. Şikayətimi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin yüksək vəzifəli əməkdaşı Nuşirəvan Səfərov və təhqiqatçı Azad Əlizadə araşdırsa da, üstü ört-basdır ediblər.

Adını da belə qoydu ki, polis əməkdaşlarının qardaşın Akifdən rüşvət alması avtomobilidə olan müşahidə kamerasına düşməyib.

Mən isə bildirdim ki, Yol Polis Patrul Xidməti avtomobilindəki kamera qarşıdakı maneələri çəkir, mənim qardaşımdan pulu isə avtomobildə alıblar kameraya düşməsin.

Mən Nuşirəvan Səfərova sual etdim qayda pozması ilə saxlanılan qardaşıma həmin polis əməkdaşları nə üçün qardaşıma protokol tərtib etməyiblər, ediblərsə hanı ? Qanusuz əməllərinə don geyindirmək üçün həmin polis əməkdaşı barədə inzibati tədbir görüldüyünü qeyd edib.

Mən cənab Nuşirəvan Səfərova, cənab Ramiz Zeynalova və cənab nazir Ramil Usubova inanıram ki, bu işin araşdırılmasına tapşırıq verəcəklər. Cənab Ramil Usubovun bu soyğunçulardan xəbəri yoxdur.

Əlaqə telefonu (055) 399-02-11”.