İcra başçısı göstəriş verdi, ağacları kəsib yerində bina tikəcəklər: Yasamalda "yaşıl soyqırım" -VİDEO
1 279
Yasamal rayonu, Mətbuat prospekti, Ovçular evinin yaxınlığındakı ağaclar məhv edilib.
AZXEBER.COM xəbər verir ki, icra başçısı İbrahim Mehdiyevin tapşırığı ilə sözügedən ərazidəki 20-yə yaxın ağac ağır teknika tərəfindən məhv edilib. Ətrafdakı sakinlərin etirazına baxmayaraq, bir neçə dəqiqəyə bütün ağaclar kökündən çıxardılıb. Sakinlərin sözlərinə görə həmin ərazidə yüksəkmərtəbəli bina inşa ediləcək.