backend

Nazirin müəmmalı gedişi: Ət ucuzlaşdı, toyuq bahalaşdı - Siyahı

Nazirin müəmmalı gedişi: Ət ucuzlaşdı, toyuq bahalaşdı - Siyahı
















12 manata qədər bahalaşmış dana ətinin qiyməti düşür

Müxtəlif yerlərdə fərqli qiymətlər olsa da, ümumilikdə ətin qiyməti 1 manat, 1 manat 50 qəpiyə qədər ucuzlaşıb. Qəssablar yaxın vaxtlarda qiymətin daha da ucuzlaşacağını deyir.

Qoyun və quzu əti də 1 manat ucuzlaşıb. Bunun bir neçə səbəbi var. Əvvəla örüşlər cücərdiyindən artıq heyvanlar yem yemir, bu da heyvan sahibini yem xərcindən azad edir. Üstəlik, heyvan bazarında bolluq var.

Ətlik heyvanlar daha çox Ağcabədi, Bərdə, Beyləqan, İmişli rayonlarından gətirilir. Heyvanın paytaxta qədər gəlib çıxması, həmçinin yol xərcləri nəzərə alındıqda ətin bir kilosu qəssablar üçün təxminən 9 manata başa gəlir.

Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, Azərbaycanda il ərzində 300 min ton ət istehsal olunur ki, bu da təlabatın 90 faizini ödəyir. Qalan 10 % isə xarici ölkələrin hesabına ödənilir.

Qəssablar deyir ki, dolların bahalaşmasına görə xaricdən gətirilən heyvanlar son vaxtlarda azalıb. Dollar ucuzlaşarsa ordan gətirilən heyvanlar da ətin daha da ucuzlaşmasına səbəb olar.

Ulus.Az unikal.org-a istinadla xəbər verir ki, toyuq ətinin qiyməti ilə bağlı son 3 ayın statistikasını araşdırıb.

Məlum olub ki, bu ilin yanvar ayında marketlərdə yerli istehsal olan toyuq ətinin 1 kiloqramının qiyməti 3.68 AZN, fevral ayında 3.86 manat, mart ayında isə 4.18 AZN təşkil edib.

Ölkəyə idxal olunan toyuq ətinin də qiymətində artım var. Xaricdən gətirilən toyuq ətinin qiyməti bu ilin yanvar ayında 3.66 AZN, fevral ayında 3.97 AZN, mart aytında isə 4.47 AZN-ə satılıb. Qeyd edək ki, rəqəmlər Statistika Komitəsinin açıqladığı hesabatlardan götürülüb.

Onu da deyək ki, Azərbaycanda at-eşşək əti biznesini himayə edən məmurlar təftiş olunur. Bu bazarda kimlərin inhisarçılıq etdiyi və hansı məmurların əlində cəmləşdiyi araşdırılır. Bu biznesin arxasından iri fiqurların, məmurların çıxacağı şübhə doğurmur.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) davamlı olaraq müxtəlif ərazilərdə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə baytarlıq nəzarətinin davam etdirir.