backend

Ziya Məmmədovun şirkəti sürücüləri soyur - milyonluq araşdırma

Ziya Məmmədovun şirkəti sürücüləri soyur - milyonluq araşdırma
















Bakı Beynəlxalq Avtovağzalında artıq, rüşvəti dilənçilik formasına salıblar. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin gişirində sürücüləri hər gün soyurlar.

Ulus.Az xəbər verir ki, kompleksə giriş və çıxışda şlaqbaumlar qoyulub, sürücülərdən pul yığırlar. Məmurların problemləri, tamahkarlığı çoxaldıqca, insanların başına açdıqları oyunlar da çoxalır.

Sürücülər avtobusla avtovağzala girəndə də, çıxanda da onlardan 2 manat qeyri-qanuni alırlar. Hər gün yüzlərlə sürücü keçmiş nəqliyyat naziri Ziya Məmmədovun “Azerbaijan Ground Services” MMC adlı şirkətinə haqq verməyə məhkum edilib.

Adıçəkilən MMC-nın qəbzini sürücülərə təqdim edən nəzarətçilər 1 manat giriş haqqı alırlar. Bu məbləğ dəyişməzdir və vaxt məhdudiyyəti yoxdur.

Yəni, rayondan gələn qohumunu qarşılayan sürücü bir dəqiqəlik də avtovağzala daxil olsa 1 manat ödəməlidir, 2 saatlıq da ödəməlidir.

Bakıda isə parkinqlərdə maşın saxlamağın bir saatı 50 qəpikdir, şəhər mərkəzində isə 1 manat. Eks-nazirin firmasında hər gün milyonlar dövr edir.

Bu da sürücülər arasında ciddi narazılıq yaradıb. Onların sözlərinə görə, sözügedən MMC özbaşınalıq edir və heç bir qanuna söykənmədən giriş haqqı yığır.

Bu şirkətin rəsmi sənədlərdə kimə məxsus olması, həmin vəsaitlərin hara yönəldilməsi, bu pulların vergidən yayındırılması haqda müəmmalar var.

Sürücülər qeyd edirlər ki, avtovağzala girişin pullu olması qanunsuzluqdur və qərar ləğv olunmalıdır, həmin firma da kompleksdən uzaqlaşdırılmalıdır.

Ulus.Az xəbər verir ki, avtovağzalın içərisində istənilən halda maşını hardasa saxlanmalıdır və yaxınlıqda parkomatlar da qoyulmayıb.

“Azerbaijan Ground Services” MMC-nin işi avtovağzalın girişində dayanıb sürücüləri soymaqdır. Vətəndaşlar isə xahiş edirlər ki, Prezidentin İşlər İdarəsi tərəfindən bu problemlə bağlı tədbir görülsün və şirkət haqda təftiş başlansın.

Bir neçə gün əvvəl Bakı Beynəlxalq Avtovağzal Kompleksi Nəqliyyat Nazirliyindən alınaraq Prezidentin İşlər İdarəsinə verilib.

Əvvəllər bu işi keçmiş nazirin oğlu Anar Məmmədova məxsus “M-Trans” MMC həyata keçirirdi. İndi MMC dəyişib.

Bu qəbzlər avtovağzal ərazisinə daxil olan avtomobillərə verilir. Lakin maraqlısı budur ki, Nəqliyyat Nazirliyinin işçiləri qəbzi hər kəsə vermirlər.

Maliyyə Nazirliyinin qərarı ilə bu formada olan qəbzlər 2006-cı ildən etibarən ləğv edilib. Maraqlıdır, görəsən, saxta yolla yığılan pullar kimin və ya kimlərin cibinə gedir?