backend

MTN işi: Eldar Mahmudovun əmisi oğlu həbs edilir? - Şok dosye

MTN işi: Eldar Mahmudovun əmisi oğlu həbs edilir? - Şok dosye

















Sabiq milli təhlikəsizlik naziri Eldar Mahmudovun köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudov istintaqa cəlb edilib

Vüqar Mahmudov MTN-nin Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyevin cinayət işi ilə bağlı istintaqa cəlb olunub.
Bu haqda gununsesi.info-nun əldə etdiyi məlumata görə, V.Mahmudov ibtidai istintaq zamanı dindirilib.

V.Mahmudov həmçinin, E.Quliyevin və digər şəxslərin cinayət işi ilə bağlı başlanılan məhkəmə prosesi zamanı qarşıdakı günlərdə dindiriləcək.

Cinayət işinin ibtidai istintaqı başa çataraq, məhkəməyə göndərilib. E.Quliyev və digər şəxslər 2015-ci ildə həbs edilib.

Ulus.Az xəbər verir ki, V.Mahmudov nazir əmisi oğlunun təlimatlarını yerinə yetirirmiş.

Ancaq Mahmudovu himayə edən güc əmi oğlunu da qoruyub və həbsdən xilas edib. İndi onun istintaqa cəlb edilməsi həbsi ehtimalını gücləndirir.

Onun adı Tağı Əhmədovla Akif Çovdarov işində, müxtəlif maliyyə əməliyatlarında, iş adamlarını sıxma boğmada keçib.

Lakin nazirin qohumu istintaqa ifadələrində heç nədən xəbəri olmadığını söyləyib. Onun yenidən istintaqa cəlb edilməsi həbsi ehtimalı yaratsa da, bunun əksinin olacağı gözləntisi daha çoxdur.

Məsələn, "qaçaqmalçılıq” iddiası ilə "hesaba” oturdulan iş adamı Zaur Əzimovun dedikləri kifayət edir: “MTN-in Binəqədi rayon şöbəsinin rəisi vəzifəsini icra edən Rafiq Səfərovun qanunsuz hərəkətləri haqqında məlumat vermək istəyirəm.

Qeyd etmək istərdik ki, Rafiq Səfərov MTN adından istifadə edib sahibkarların pul-paralarını, mal-mülklərini əllərindən alıb və əfsuslar olsun ki, törətdiyi əməllərə görə cəzalanmayıb.

MTN adından sui-istifadə edib vətəndaşları talayan MTN Binəqədi rayon şöbəsinin rəisi vəzifəsini icra edən Rafiq Səfərovun ”sağ əli" - müavini Heydər İslamov və bölmə rəisi Nicat Orucov olublar. Eldar Mahmudovun soyğunçu dəstəsinin kölgədə qalan üzvlərindən olan Rafiq Səfərov keçmiş nazirə yaxınlığı ilə tanınırdı.

Rafiq Səfərov hələ nazirlikdə sıravi işçi olduğu vaxtlardan Eldar Mahmudovun yaxın qohumu, əmisi oğlu və köməkçisi Vüqar Mahmudov vasitəsilə həyata keçirilən çirkin əməllərə cəlb olunmuşdu və verilən "əməliyyat” tapşırıqlarını can-başla yerinə yetirirdi.

Buna görə o, əvvəlcə MTN Xətai rayon şöbəsinə rəis müavini, daha sonra isə MTN Xəzər rayonu və MTN Binəqədi rayon şöbələrinə rəis təyin olunub”.