backend

Abşeron RPŞ-nın müstəntiqi E.Şirinovun diplomu saxtadırmı? - YENİLƏNİB

Abşeron RPŞ-nın müstəntiqi E.Şirinovun diplomu saxtadırmı? - YENİLƏNİB






















Şikayətçinin məktubu və bizə göndərdiyi sənədlər araşdırmaq üçün aidiyyatı üzrə müvafiq instansiyalara göndəriləcək

qaynarxett.az-ya Bakı şəhəri, İnşaatçılar prospektində yaşayan sakin tərəfindən maraqlı bir məktub daxil olmuşdur. Məktubda bildirilir ki, respublikamızda bir çox vazifəli şəxslər var ki, saxta diplomla müxtəlif vəzifələrdə çalışırlar. Belələrindən biri də Şirinov Elşad Ələsgər oğludur. O, hazırda saxda diplomla abşeron rayon polis idarəsində müstəntiq vəzifəsində işləyir. Belə ki, E.Şirinov heç bir ali təhsil müəsisəsində oxumadan, Rusiya Federasiyasında Volqaqrad Hüquq Akamdemiyasından saxta akademik arayışla Azərbaycan Bakı Dövlət universitetinin hüquq fakultəsinə qəbul olunaraq, orada il yarım oxuduqdan sonra həmin universitetin “fərqlənmə” diplomuna sahib olmuş və hazırda həmin vəzifədə işləyir.
Məktubda həmçinin E.Şirinovun bu əməlini mətbuatda işıqlandırmaqla aidiyyatı qurumlara çatdılması xahiş olunur. Biz E.Şirinovla telefon əlaqəsi yaradıb məsələyə aydınlıq gətirməsini xahiş etdik. O, isə məktubun böhtan xarakterli olduğunu bildirib, şikayətçinin kimliyini deməyimizi israr etdi. Biz şikayətçinin məktubunu və bizə göndərdiyi sənədləri araşdırmaq üçün aidiyyatı üzrə müvafiq instansiyalara göndərib nəticəsi barədə oxucularımıza məlumat verəcəyik.
Bizi izləyin...