backend

Hökumət təşvişdə: Elman Rüstəmov ölkədə pul qıtlığı yaradıb - Gəlişmə

Hökumət təşvişdə: Elman Rüstəmov ölkədə pul qıtlığı yaradıb - Gəlişmə
















Azərbaycan Mərkəzi Bankı (AMB) martın 17-də ölkədə fəaliyyət göstərən banklara məktub göndərərək bildirib ki, internet bankinq vasitəsi ilə hüquqi şəxslərin fiziki şəxslərə köçürmə əməliyyatları məhdudlaşdırılsın

Ulus.Az-ın məlumatına görə, AMB-nin belə bir qərar verməsi ümumi maliyyə siyasəti ilə bağlıdır.

Bu addım ümumi olaraq, müxtəlif istiqamətlərdə valyuta, əsginaz hərəkatının məhdudlaşdırılmasına hesablanıb.

Ölkədə böyük pul kütləsinin azalmasına hesablanan bu addım xarici valyutanın bahalaşmasının qarşısını almaq məqsədi daşıyır.

AMB-nin bu siyasəti bankların bağlanması yox, pul dövriyyəsini azalması deməkdir. Bu qərar həm də maliyyə sferasındakı məhdudiyyətləri ortalığa çıxarır.
Baş bankir Elman Rüstəmovun yaratdığı bu panika hakimiyyəti təşvişə salıb. Artıq deputatlar danışmağa başlayıb.

Ulus.Az-ın məlumatına görə, E.Rüstəmovun yanlış siyasəti valyuta dəyişmə məntəqəərinin bağlanmasında da öz sübutunu tapdı.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Ziyad Səmədzadə deyib ki, pul qıtlığı problemi bizi ciddi narahat edir.

Onun sözlərinə görə, pul qıtlığı məsələsi ciddi müzakirə edilməlidir: "Biz monitorinqlər aparmalıyıq, həmçinin, banklarla əlaqədar sağlamlaşdırma işləri aparmalıyıq.

Pul qıtlığı yaranıb. Bizə bununla bağlı çoxlu müraciətlər daxil olur. Bu, çox ciddi problemdir, bunu ciddi müzakirə etməliyik. Pul qıtlığı aradan qaldırılmasa, iqtisadi fəallıq da artmayacaq”.

Komitə sədri əlavə edib ki, iqtisadi fəallığı artırmaq üçün tədbirlər görülməlidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan iqtisadiyyatına ən böyük ziyanı banklar vurub. “Banklar haqqında” qanuna dəyişikliklər bütövlükdə müsbət qiymətləndirilə bilər.

Manatın məzənnəsində sabitləşmə gedir. Çünki pul qıtlığı yaratmısınız. Ölkədə kredit verilmədiyindən real sektor inkişaf etmir. Biz bunun əziyyətini 2-3 aydan sonra görəcəyik. Bank sektoru bizim ən ağrılı yerimizdir.

Bizim iradlarımız həddən artıq böyükdür. Baxın, məhkəmələrdə bizim insanlar nə qədər əziyyət çəkir.

İnsanlar məhkəmələrin qapılarında dayanır. Bu prosesi axıra çatdırmaq lazımdır. Pulu sıxıb saxlamaqla real sektor, qeyri-neft sektorunu inkişaf etdirmək mümkün deyil.