backend

Rayonlarda qasırğa qopdu

Rayonlarda qasırğa qopdu
Rayonlarda qasırğa qopdu
Rayonlarda qasırğa qopdu











Şəhərin mərkəzində irigövdəli ağaclar kökündən qopub.

Ötən gecə Zaqatalada güclü küləklə müşayiət olunan yağış rayon təsərrüfatına ciddi ziyan vurub.

qaynarxett.az Kanal S-ə istinadən bildirir ki, güclü külək Balakəndə ciddi fəsadlar törədib. 3 saata yaxın davam edən təbii fəlakət nəticəsində rayonda elektrik, qaz və su xətlərinə ziyan dəyib.

Nəticədə rayona elektrik və təbii qazın verilişi, eləcə də bəzi ərazilərə suyun verilişi dayandırılıb. Rayonda 8 məktəb, 7 uşaq bağçası, 7 kommunal bina və ümumilikdə 150-dən çox fərdi yaşayış evinin dam örtüyünə ciddi ziyan dəyib. Daha çox fəsadlar dağətəyi kəndlərdə qeydə alınıb. Hazırda rayonda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam edir.

Dəymiş ziyanın miqdarı hesablanır.

Ötən gecə saat 00:30-dan başlayaraq Zaqatala və Balakən rayonlarında güclü qasırğa qopub.

qaynarxett.az ANS PRESS-ə istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində hər iki rayonda ciddi fəsadlar yaranıb.

Belə ki, ilk öncə yağışla müşahidə olunan külək əsib. Zaqatalada yağışın miqdarı az olsa da, sonradan külək güclənib və fırtınaya çevrilib. Fırtına nəticəsində rayonda bir çox evlərin, obyektlərin, dövlət binalarının dam örtüyü dağılıb. Rayon ərazisində və şəhərin mərkəzində iri gövdəli ağaclar kökündən qopub.

Bir çox işıq dirəkləri aşıb. Nəticədə gecədən başlayaraq rayonda elektrik enerjisinin verilişi dayanıb. Güclü fırtına yerli televiziyanın yayım ötürücüsünü evlərin üstünə aşırıb.

Təbii hadisə Balakəndə də böyük problemlər yaradıb. Rayona yağan yağış nəticəsində evlərin həyətlərinə su dolub. Rayonun elektrik enerjisi tamamilə kəsilib. Evlərə və obyektlərə ciddi ziyan dəyib.

Hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlərə başlanıb.

Qeyd edək ki, hazırda hər iki rayonda elektrik enerjisinin verilişi dayandırılıb.