backend

Con Kerri Qarabağ uğrunda müharibəyə “yox” dedi

Con Kerri Qarabağ uğrunda müharibəyə “yox” dedi

“Gərginliyin səviyyəsini mütləq azaltmaq lazımdır”.

Uelsdə Azərbaycan prezidenti İlham Əliyevin, Ermənistan prezidenti Serj Sarkisyanın və ABŞ dövlət katibi Con Kerrinin iştirakı ilə üçtərəfli görüş keçirilib.

Görüş NATO sammiti çərçivəsində baş tutub.

qaynarxett.az Aze.az-a istinadən xəbər verir ki, görüş erməni tərəfinin təşəbbüsü ilə keçirilib. Görüş zamanı Qarabağ münaqişəsinin nizama salınması və onun perspektivləri müzakirə edilib.

Kerri prezidentlərin münaqişənin tənzimlənməsinin əsas məsələləri üzrə dialoqu davam etdirmək barədə razılığını alqışlayıb.

Kerri tərəfləri atəşkəs rejiminin şərtlərinə hörmət etməyə, Azərbaycan və Ermənistan cəmiyyətinin sülhə hazırlaşdırılması üçün əlavə tədbirlər görməyə çağırıb.

ABŞ dövlət katibi iki ölkəni münaqişənin sülh yolu ilə həlli üçün tərəflərə kömək etməyə hazır olan ATƏT-in Minsk qrupu həmsədrləri ilə aparılan işi davam etdirməyə çağırıb.

Həmçinin tərəflərin siyasi iradəsinin sülh danışıqlarının əldə edilməsi istiqamətində vacibliyini də qeyd edib.