backend

Tovuz sakinləri prezidentə müraciət etdilər - Başçı əlac eləmirsə...

Tovuz sakinləri prezidentə müraciət etdilər - Başçı əlac eləmirsə...

















Tovuz rayonunun illərdir davam edən yol problemi hələ də öz həllini tapmır.

Skrom.Net xəbər verir ki, illərdir ki, Tovuzun Mərkəzi xəstəxanasının yolu baxılmaz vəziyyətdə qalıb. Sakinlərin saytımıza bildirdiyinə görə, prezident tərəfindən dəfələrlə Tovuzun yol problemlərinin həllinə görə büdcədən pul ayrılsa da, vəziyyət olduğu kimi qalıb. Nə maraqlanan var, nə də yolda hansısa bərpa işi aparan.

Aşağı Öysüzlü kənd sakini Müzəffər Balıyevin sözlərinə görə, rayonda kanalizasiya xətlətinin çəkilməsindən sonra sözügedən yolun Mərkəzi xəstəxanadan keçən hissəsi daha da bərbad vəziyyətə qalıb: “Hələ bir neçə gündür yağış yağmır. Siz yağış yağandan sonra gəlib, baxasınız bu yola. Demək olar ki, hərəkət etmək mümkün deyil. Mən özüm taksi sürücülüyü edib birtəhər ailəmi saxlayıram. Demək olar ki, ayda 2-3 dəfə avtomobilimi təmirə aparıram. Onsuz da, çətinliklə bir parça çörək qazanırıq, onu da maşının təmirinə verəndə, daha nə qalır bizə?”

Kənd sakini bildirir ki, dəfələrlə Tovuz rayon İcra Hakimiyyətinə müraciət etmişik, icra başçısı ilə görüşüb, dərdimizi deməyə imkan vermirlər: “İcra hakimiyyətinə gedirsən, adamı yaxın qoymurlar. Hər gün söz verirlər, bu gün düzələcək, sabah düzələvək. Amma xeyiri yoxdur. Yalandan zaman öldürməklə məşğuldular. Hara gedir dövlətin bu qədər pulu? Bu qədər işlək yolu görməmək üçün gərək insanın gözləri ümumiyyətlə görmə qabiliyyətini itirsin. Hər şey bir kənara, Mərkəzi xəstəxananın qarşısıdır. Təcili yardım maşınları buradan girib-çıxana qədər xəstə elə oradaca ölər.”

Adının çəkilməsini istəməyən başqa bir kənd sakini isə bildirdi ki, rayonun infrastrukturundan məsul olan şəxslər büdcədən ayrılan pulları “yeməklə” məşğuldular: “Dəfələrlə şikayət etmişik, dəfələrlə demişik. Gündə 5-10 dəfə bu yoldan keçirlər. Nə olsun, dəyişən heç nə yoxdur. Gecə vaxtı isə, yolda hərəkət etmək demək olar ki, mümkünsüzdür. Çala-çuxurdan bilmirsən hansı tərəflə gedəsən ki, maşın həmin quyulara düşməsin. Cənab prezidentdən xahiş edirəm, komissiya yaratsın, büdcədən ayrılan pulların haraya xərclənməsinin təhqiqatını aparsınlar. Çünki bu insanlar prezidentə də yanlış məlumat verirlər. Nəticədə insanlar bölgələrdə məmurların yarıtmazlığının qurbanına çevrilirlər.”


Tovuz sakinləri prezidentə müraciət etdilər - Başçı əlac eləmirsə...