backend

Bakıda dəhşətli qəza - Ölən və yaralılar var

Bakıda dəhşətli qəza - Ölən və yaralılar var

















Dünən Bakı şəhərində baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb

Lent.az xəbər verir ki, Zığ şosesində (beton yol) "Mercedes" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"ın sürücüsü, 1992-ci il təvəllüdlü Əliyev Fərid Möhübbət oğlu hadisə yerində vəfat edib. Digər avtomobilin sürücüsü 49 yaşlı Nəriman Əliyev, onun qızı, 30 yaşlı Afaq və 10 yaşlı nəvəsi Emil isə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırma zamanı məlum olub ki, dünən səhərdən Zığ şosesinin bir zolağında hərəkət məhdudlaşdırılıb və yolun xətlərin rənglənməsi ilə bağlı avtomobillər gediş-gəliş üçün bir zolağa istiqamətləndirilib. Bu zaman sürət həddini düzgün seçməyən sürücülərdən biri maşını yüksək sürətlə üzbəüz gələn digər avtomobilə çırpıb və ağır qəza baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, artıq yolda xətlərin rənglənməsi işləri başa çatdırılıb və hər iki istiqamətdə tam açıqdır.

****

19:23

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda "Mercedes" və "VAZ" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub

Nazirliyin saytı xəbər verir ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq "VAZ" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1992-ci il təvəllüdlü Əliyev Fərid Möhübbət oğlunun cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.
Əməliyyat saat 12:04-də başa çatıb.