backend

Bakıda ağaclar faciəyə səbəb ola bilər - VİDEO

Bakıda ağaclar faciəyə səbəb ola bilər - VİDEO


Sakinlərin həyatı öz əlindədir.

Zığ yolu 24-də qurumuş ağaclar sakinlərin həyatı üçün təhlükə yaradır.

qaynarxett.az ANS TV-yə istinadən xəbər verir ki, Əsli xalanının 60 il əvvəl əkdiyi ağaclar indi özünün, yaxınlarının, qoşularının həyatı üçün təhlükə mənbəyinə çevrilib.

İllərlə boy atıb böyümüş ağaclar deyəsən ömrünü başa vurub. İndi qurumuş ağaclar bir küləyə bənddir ki, kökündən aşsın.

Bu isə faciə ilə də nəticələnə bilər. Çünki ağacların ətrafı yaşayış evlərilə doludur.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirdilər ki, həmin ağacların kəsilməsi üçün mütləq rəy olmalıdır. Buna görə sakinlər ilk olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinini Ekspertiza İdarəsinə müraciət edib, qurumuş ağacların kəsilməsilə bağlı rəy almalıdır. Budan sonra Yaşıllaşdırma idarəsinini əməkdaşları həmin ağacları kəsib ərazidən uzaqlaşdıra bilər. İndi sakinlərin həyatı öz əlindədir.

Tez bir zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib ağacların kəsilməsi üçü rəy almalıdırlar. Qurumuş ağacların aşaraq faciəyə səbəb olmaması üçün.