backend

QUEST-NET şirkəti vətəndaşları aldadır

QUEST-NET şirkəti vətəndaşları aldadır

Şirkətin qanunsuz fəaliyyətinə niyə son qoyulmur?

Azərbaycan bir sıra fırıldaqçı şirkət fəaliyyət göstərir. Bu şirkətlərdən biri də "Quest net" şirkətidir. Bu şirkət vətəndaşları aldatmaqla məşğuldur. Baxmayaraq ki, "Quest net" şirkətinin fəaliyyəti 7 ölkədə qadağan olunub. Həmçinin qardaş Türkiyə və yaxın qonşumuz İranda da şirkətin fəaliyyəti rəsmən qadağandır. Ancaq bu qədər cinayətə yol verməsinə baxmayaraq, şirkət Azərbaycanda fəaliyyətini genişləndirməklə məşğuldur. Azərbaycanda kifayət qədər adam sözügedən şirkətin qurbanına çevrilib. "Quest net" şirkəti saya gəlməyəcək qədər adamın pulunu mənimsəyərək onlara külli miqdarda ziyan vurub. Zərərçəkənlər dəfələrlə bu şirkət haqqında şikayət etsələr də,əksinə, özləri təqib və təzyiqlərlə üzləşiblər.

Şirkətin zəncirvari fırıldağının əsas özəlliklərindən biri insanların şirkətə kütləvi axınını təmin etməkdən ibarətdir. Bu səbəbdən də işə girən hər şəxs özündən başqa daha iki nəfəri də şirkətə cəlb etməlidir. O iki şəxsin də hərəsi iki nəfər tapmalı, öz işinə qoşmalıdır. Beləcə, iki nəfər 50-100 nəfərə qədər çoxalır. Hər cəlb olunan şəxs də 550 dollarlıq qızıl əşyası alırdı. Bir məqamı da qeyd edək ki, qızıl ticarəti şirkətin biznes fəaliyyətinin əsasını təşkil edir. Həmin qızıl əşyalar isə bura işə cəlb olunanlara adi satışdan 10-15 dəfə baha qiymətə satılır, antik əşya kimi qələmə verilir. Şirkət insanlara üzərində Roma papası olmaqla məşhur hərbi-siyasi xadimlərin rəsmi əks olunan qızıl məmulatlarını insanlara sırımaqla, büdcəsini artırır.

"Quest Net" firması adı altında fəaliyyət göstərən bu şəbəkə insanlara işə götürəcəkləri barədə yalan vədlər verməklə, əsasən gəncləri zərgərlik məmulatlarının satışına cəlb edirlər. Onlar on minlərlə vətəndaşa çəkisi 3 qramadək olan qızıl məmulatlarını həqiqi dəyərindən 10 dəfə baha qiymətə 800-1500 ABŞ dollarına sataraq, külli miqdarda qazanc götürürlər. redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, işədüzəltmə adı ilə məşğul olan şəxslər həm bura gələn şəxslərin özünü, həm də onların yaxınlarını müflis edirlər.Hətta insanları inandırmaq və şəbəkəyə daha çox adam cəlb etmək üçün ofisdə seminar və praktiki məşğələlər təşkil edirlər. şiayətçilərin dediklərinə görə 800 - 1000 dollarlıq mal almalıdırlar. İşə başlamaq üçün internet vasitəsilə mallara baxıb, minimum -800, maksimum 3200 dollar dəyərində mal almalısınız. 2-3 aya bu pulu 3500 -4000 dollar edib qaytarırıq. Bunun əvəzində sizi su qiymətinə Avropa ölkələrinə, dünyanın bir çox yerlərinə tətilə göndəririk.

Bunun üçün öncə bal toplamaq lazımdır. Mərhələyə yüksəl, işə qohumlarını dəvət et, onlara satdığın məhsulların faizlərini də balansında topla, həmin pul da olsun sənin.

Redaksiyamıza daxil olan məlumatda o da bildirilir ki, "Quest Net" şirkəti Heydər Əliyev Fondunun və ölkənin birinci xanımı Mehriban Əliyevanın adından istifadə edərək, vətəndaşları aldadır. Adamların çoxunu bu vasitə ilə inandırmağa çalışırlar ki, həqiqətən bu şirkət dövlət səviyyəsindədir.

Ekspertlər vətəndaşlara xəbərdarlıq edirlər ki, bu cür piramida sistemli fırıldaqçılara aldanmasınlar. Düzdür, artıq minlərlə insan bu şəbəkənin toruna düşüb və özləri ilə bərabər yaxın qohumlarını, dost-tanışlarını da bəlaya salıblar. Üzərində mərhum prezident Heydər Əliyevin şəkli olan medallarla, arxalarında Heydər Əliyev Fondunun durması iddiaları ilə vətəndaşlarda etibar qazanan şirkət Azərbaycanda böyük bir fəlakəti yetişdirməkdədir. Bir daha hüquq-mühafizə orqanlarından tələb edirik ki, üzərlərinə düşən vəzifəni həyata keçirsinlər, minlərlə Azərbaycan vətəndaşının müflis olmasına, onların həyatlarının məhv edilməsinə laqeyd baxmasınlar.Qeyd edək ki, şirkət qeydiyyatdan keçib. Şirkət dünyanın 160-dan çox ölkəsində internet üzərindən məhsul satır. 2009-cu il iyunun 25-də "QuestNet" LTD. Şirkətin Azərbaycan Respublikasında Nümayəndəliyi" rəsmi dövlət qeydiyyatından keçərək fəaliyyətə başlayıb