backend

ŞOK!!! İstanbulda ticarət mərkəzində... Bakıda “Sədərək” ticarət mərkəzində yanğın baş verdi - Nələr baş verir

ŞOK!!! İstanbulda ticarət mərkəzində... Bakıda “Sədərək” ticarət mərkəzində yanğın baş verdi - Nələr baş verir

















Bakıdakı "Sədərək” Ticarət Mərkəzində yanğın başlayıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda "Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş verməsi haqqında məlumat daxil olub.

Dərhal nazirliyin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Əlavə məlumat veriləcək.

***

İstanbulun Beşiktaş səmtində beşmərtəbəli ticarət mərkəzi yanıb.

Yanğına səbəb ticarət mərkəzinin 4-cü mərtəbəsində qaynaq işləri aparılarkən çıxan qığılcımlar olub. Binanı tüstü bürüdüyü üçün xüsusi təhlükəsizlik işçiləri, vətəndaşları və iş yerlərində çalışanları evakuasiya edib.

Hadisə yerinə Beşiktaş, Seyrantəpə, İstinyə və Beyoğlundan xilasetmə qrupları sövq edilib. Yanğını nəzarət altına alan xilasetmə qrupları əməliyyatı davam etdirir. (modern.az)