backend

Bəzi rayonlarda qaz olmayacaq

Bəzi rayonlarda qaz olmayacaq




















Qazın verilişində məhdudiyyətlər təmir-quraşdırma işləri ilə əlaqədardı.

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Qaynarxətt.info Qafqazinfo-ya istinadən xəbər verir ki, Azəriqazdan verilən məlumata görə, qaz nəqli və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 15:00-dək Samux və Yasamal rayonlarının, saat 16:00-dək Xızı rayonunun, saat 18:00-dək Mingəçevir şəhərinin, Nizami, Sabunçu, Quba, Göyçay, Cəlilabad, Şəmkir rayonlarının, təmir işləri başa çatanadək isə Nəsimi, Xəzər, Xətai, Yevlax rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.