backend

Ermənistan tərəfi yalan məlumat yayır - Nazirlikdən cəbhə ilə bağlı açıqlama

Ermənistan tərəfi yalan məlumat yayır - Nazirlikdən cəbhə ilə bağlı açıqlama

















Müdafiə Nazirliyi Ermənistan tərəfinin təxribat yönümlü yaydığı məlumatlarına cavab verib.

Müdafiə Nazirliyindən femida.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, Ermənistanın hərbi rəhbərliyi cəbhədəki son itki və uğursuzluqlarına bəraət qazandırmağa və vahimə içində yaşayan erməni əhalisinə azacıq "inam" verməyə hesablanmış uydurma və yalan məlumatdan növbəti dəfə istifadə etmişdir.

Xatırladaq ki, Ermənistan guya Azərbaycan tərəfinin hücum etməsi və itki verməsi barədə məlumat yaymışdı.

Qeyd edək ki, iyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.Düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü ələ keçirilib.