backend

Son dəqiqə!!! DAHA BİR BAŞ REDAKTORA - 1 İL CƏZA!!!

Son dəqiqə!!!  DAHA BİR BAŞ REDAKTORA - 1 İL CƏZA!!!

Şabanov Vaqif Cuma oğlu rəhbərlik etdiyi Zaqatala Meşə Təsərrüfatı və Bərpası Müəssisəsində yol verilən ciddi hüquq pozuntularını necə ört-basdır etdi?

Qaynarxett.az xəbər verir ki, Azerinfo.az saytının baş redaktoru İbrahim Qubadoğlu Zaqatala Meşə Təsərrüfatı və Bərpası Müəssisəsində yol verilən ciddi hüquq pozuntuları barədə KİV-də etdiyi çıxışlarına görə müəssisənin rəhbəri Şabanov Vaqif Cuma oğlu tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilmişdi. Məlumat üçün bildirək ki, İbrahim Qubadoğlu təsisçi və baş redaktoru olduğu Azerinfo.az saytında mütəmadi olaraq Zaqatala Meşə Təsərrüfatı və Bərpası Müəssisəsində baş verən qanun pozuntularından bəhs edən yazılarla çıxış etmişdir. Bu yazılar, eyni zamanda, konkret video və audio materiallarla müşayiət olunmuşdur.
İttihamçı Şabanov Vaqif Cuma oğlu müəllifin – İbrahim Qubadoğlunun qeyd olunan yazılarda, həmçinin video və audio materiallarında onu ağır cinayətlər törətməkdə ittiham edərək, ona böhtan atmaqla kollektivdə şərəf və ləyaqətinin ləkələnməsi və nüfuzdan salınmasına cəhd edildiyini iddia edirdi.
Qaynarxett.az-a daxil olan məlumata görə Yasamal rayon məhkəməsi Şabanov Vaqif Cuma oğlunun xeyrinə qərar qəbul edərək baş redaktoru 1 il müddətinə cəza vermişdir. İstirahət günü oldugundan məsələyə geniş aydınlıq gətirmək istəyimiz baş tutmadı. BU MƏSƏƏ BARƏDƏ GENİŞ MƏLUMAT VERƏCƏYİK. Bizi izləyin...

Qaynarxett.az