backend

FHN-nin ləğvi və Kamaləddin Heydərovun istefa verməsi xəbəri ilə bağlı - RƏSMİ AÇIQLAMA

FHN-nin ləğvi və Kamaləddin Heydərovun istefa verməsi xəbəri ilə bağlı - RƏSMİ AÇIQLAMA















İyulun 18-də bəzi saytlarda Fövqəladə Hallar Nazirliyinin ləğv olunacağı və nazirliyin rəhbərliyinin istefası ilə bağlı heç bir əsası olmayan məlumatlar yer alıb”.

Aztb.info xəbər verir ki, bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

"Bu məlumatlar həqiqətə uyğun deyil, tamamilə əsassızdır”, - deyə mətbuat xidmətindən bildirilib.

FHN mətbuat nümayəndələrini diqqətli və məsuliyyətli olmağa, nazirliklə bağlı məlumatları qurumun mətbuat xidməti ilə dəqiqləşdirdikdən sonra yaymağa çağırır.