backend

Təcili! GECƏNİN BƏD XƏBƏRİ: Hörmətli prezident, gediş haqqı 50 QƏPİK...? - Biz kasıblar neyləyək!!!

Təcili! GECƏNİN BƏD XƏBƏRİ: Hörmətli prezident, gediş haqqı 50 QƏPİK...? - Biz kasıblar neyləyək!!!

Bakı metrosunda gediş haqlarının artırılması yenidən gündəmə gəlib; Aztəminatlı təbəqənin ən ucuz nəqliyyatı olan metro da əlçatmaz olmağa başlanır...
Benzinin qiymətinin qalxmasından sonra metroda gediş haqlarının artacağı ehtimalı daha çox güclənib.
Bu gedişlə insanlar gündəlik velosipeddən istifadə etməli olacaqlar. Çünki Metropolitenin sözçüsü də qiymət artımı barədə konkret danışmayıb. Nə təkzib, nə təsdiq edib.

Ulus.Az xəbər verir ki, artıq Tarif Şurasının yeraltı nəqliyyatın tariflərini dəyişməsi üçün hazırlıq gördüyünü deməyə əsas yaranır.


“Bu barədə bir söz deyə bilmərəm. Çünki məlumatımız yoxdur. Hər şey Tarif Şurasının qərarından asılıdır”.

Bu sözləri “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev metroda qiymət artımı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən belə deyib.

O, Bakı Metropoliteni tərəfindən Tarif Şurasına belə bir müraciətin olunmadığını açıqlayıb.



İqtisadçı Natiq Cəfərli mətbuata açıqlamasında bildirib ki, uzun müddətdir, metroda gediş haqqının qaldırılmasına dair söhbət aparılır.

Onun sözlərinə görə, metro ilə bağlı dəfələrlə açıqlama olub, amma sərnişinin maya dəyəri, onun necə hesablanması açıqlanmır: “Bu, təxmini 50 qəpik civarında bildirilib. Ona görə gələcəkdə metroda gediş haqqının artması ilə bağlı qərar verilə bilər.

Bunu onunla izah edəcəklər ki, sərnişinlərin daşınmasının maya dəyəri yüksəkdir. Lakin qurumun rəhbərliyindən heç kim izah edə bilməyib ki, maya dəyəri niyə belə yüksək hesablanır.

Əslində, müstəqil audit keçirib, bu qurumda sərnişin daşınmasının maya dəyərini hesablamaq mümkün





Hələlik əlimizdə olan ancaq sərnişindaşımanın maya dəyərinin artması ilə bağlı həmin qurumun özündən verilən məlumatdır. Ola bilər, Metropolitendə də gediş haqqının artırılması ilə bağlı qərar verilsin”.

Ulus.Az xəbər verir ki, gediş haqlarının tənzimlənməsi üçün iyulun 15-dən etibarən ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək.

Bu isə hazırkı qiymətlərin 20% artırılması deməkdir. Bu da metroda gediş haqlarının qaldırılmasını aktuallaşdırıb.

Artım olarsa aztəminatlı təbəqənin cibinə növbəti zərbə dəymiş olacaq. Çünki metrodan əhalinin imkansız təbəqəsi istifadə edir.

Elektrik enerjisinin bahalaşması Metropoliten rəhbərliyinə bu addımı atmaq üçün ikiqat fürsət qazandırıb. Amma hələlik ictimai rəy testdən keçirilir və cəmiyyətin reaksiyası öyrənilir.

Bu məqsədlə mətbuatda Bakı Metropoliten QSC-nin zərərlə işləməsi haqda statistik məlumatlar yayılır. Belə ki, ötən ilin 9 ayında sərnişin daşınmasından zərər 52.4 milyon manatdan çox olub.