backend

Beynəlxalq Bank nə vaxt özəlləşdiriləcək? – Samir Şərifov tarix açıqladı

Beynəlxalq Bank nə vaxt özəlləşdiriləcək? – Samir Şərifov tarix açıqladı














"Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası prosesinin uğurlu nəticəsi göstərir ki, Maliyyə Nazirliyi tərəfindən dəstəklənən bu plan həm bankın, həm də bu planı dəstəkləmiş kreditorların maraqlarına cavab verir”

"Marja” xəbər verir ki, bunun Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov səsvermənin nəticələri ilə bağlı bildirib:

"Prosesin uğurla başa çatdırılması bankın 2018-ci ilin sonlarına qədər özəlləşdirilməsi ilə bağlı Azərbaycan hökumətinin məqsədlərinin yerinə yetirilməsinə də şərait yaradır”,- nazir əlavə edib.

Xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Bankı öhdəliklərinin könüllü restrukturizasiyası planının kreditorların 18 iyul 2017-ci il tarixində keçirilmiş yığıncağında qəbul olunduğunu elan edib. Yığıncağın nəticələrinə əsasən, restrukturizasiya olunan öhdəliklərin 94.1%-ə malik kreditorlar səsvermə prosesində iştirak edib və onların 93.9%-i planın lehinə səs verib